MOCHI brendi naxışsalma ənənəsini dəb aləmində yaşadır

 

MOCHİ dünyanın müxtəlif mədəniyyətlərini ortaya çıxararaq bir araya gətirən tamamilə fərqli bir brenddir.  Bu brend öz gücünü hər dəfə yeni kolleksiyaların doğulduğu müxtəlif cəmiyyətlər və mədəniyyətlərlə iç-içə olmasından alır.

 Brendin hər bir kolleksiyası naxışsalmanın ənənəvi metodlardan istifadə edərək müasir parçalar yaradan yerli sənətkarlar tərəfindən əl ilə işlənib hazırlanır. 2013-cü ildə yaranan MOCHİ, tezliklə gücü, əyləncəni və birliyi simvolizə edən brend kimi beynəlxalq səviyyədə tanınmağa başlamışdır.

Brendin yaradıcı və dizayneri fələstinli Ayah Tabari Amman Ər-Riyadda böyümüş, Londonda təhsil almış, sonda isə Dubayda yaşamağa başlamışdır. Onun müxtəlif mədəniyyətlərin təsirinə məruz qalması rəngarəng, eksentrik geyim və aksessuarlardan ibarət olan kolleksiyalarda da öz əksini tapır.

Tabarinin xarizma və optimizmini özündə əks etdirən şıq və qüsursuz dizaynları hər zaman diqqət mərkəzində olmağı bacarır.

 

Hazırladı: Şəbnəm Ramazanlı

 

 

 

 

 

 

 

Şərhlər

Menyu