Günel Fərhadlı | Yayla vidalaşa bilməyənlər. Ötən yayın qısa foto hesabatı.

 


 

Səyahət, əyləncə, yemək-içmək, tətil macəraları.
Siz də mənim kimi yay dəlisisinizsə, bu yayı doya-doya keçirə bilmisiniz.

Bəlkə də, İnstagramda şəkillərimə baxıb düşünürsünüz ki, işdən izin alıb İyun, İyul, Avqustu səhərdan axşama istirahətdə olmuşam.

             İnanmayacaqsınız, amma möcüzəvi bir şəkildə bu il bütün yayı işləyərək keçirib, həm də doyunca istirahət edə bilmişəm.

İdealda düşünürəm ki, bugünün işgüzar insanlar həftədə ən azı 1 gün də olsa tam olaraq heç bir zəngə cavab vermədən telefonsuz, sosial şəbəkələrdən uzaq, kompyutersiz özü ilə zaman keçirməlidir. Şəhərdən qaçın. Bilmirəm sizlər üçün necə, amma mənə görə səhər doyumlu səhər yeməyi, hovuzda üzmək, rahatladıcı massaj, ləzzətli nahar, bir az gəzinti, axşama isə canlı musiqi altında şam etmək və əlbəttə ki, çox yox, lazım olan qədər yuxu almaq mənim üçün 1 günün tam istirahətidir. Bu qədər bəsit-)

Ümumiyyətlə isə belə bir fikir var ki, həftəsonu doyunca istirahət edə bilirsənsə, bazar ertələrini sevməyə başlayacaqsan. Bunun üçün yaxşı işləməlisən ki, həftəsonu doyunca istirahət etmək imkanın olsun.

2017 yayı artıq bitdi getdi və mən isə işlərimlə əlaqədar olaraq uzun müddətli məzuniyyətə çıxa bilmədim. Amma etiraf etməliyəm ki, bu həftəsonu istirahətdən ibarət olsa da, ən unudulmaz yaylardan biri oldu. Ötən yayla vidalaşmaq rəmzi olaraq fotoları sizlərlə də paylaşıram.

 

 

 

Hazırladı: Günel Fərhadlı
Instagram: @fsadaa

 

 

Şərhlər

Menyu