Bloqer Basmadan hicablı hamilələr üçün qarderob ideyaları


 

Hələ qədim zamanlardan qadınlar dəblə geyinərək gözəl və baxımlı görünməyi həyatlarının əsas məqsədlərindən birinə çeviriblər. Müasir dövrdə dəb həddən artıq inkişaf edərək çoxşaxəli sahəyə çevrilib və bir çox insanın əsas məqsədi geyimlərində öz şəxsi xüsusiyyətlərini əks etdirmək olub.

Hər saniyə yeniliklərin baş verdiyi moda aləmində, dəblə ayaqlaşmağa çalışan hicablı xanımlar xüsusi rəğbətlə qarşılanırlar. Çünki onlar bunu müəyyən çərçivə daxilində etməyə çalışırlar. Hicab haqda streotipləri aşaraq, baş örtüsü ilə də dəbli görünməyin mümkün olduğunu nümayiş edən bloqer, stilist, dizayner və “BASMA K COLLECTİON” hicab brendinin sahibəsi Basma Kaheidir.

 


 

Sosial şəbəkələrdə kifayət qədər məşhur olan Basmanın fikrincə, hicabdan istifadə edən xanımların əsas diqqət etməli olduğu nüans makiyajdır. Səliqə və zövqlə edilmiş makiyaj sizin üzünüzün diqqət mərkəzində olmasına səbəb olacaq. Əlavə olaraq o,  dəbli görünmək üçün xanımlara baş örtüklərinin və ayaqqabılarının geyindikləri libaslar ilə uyğun olmasına xüsusilə diqqət etmələrini və broş kimi aksessuarlardan istifadə edərək görünüşlərini daha xoş etmələrini tövsiyyə edir.

İki il bundan öncə ailə həyatı quran və hazırda ana olmağa hazırlaşan bloqer hicablı xanımlarım hətta hamiləlik dövründə də dəblə geyinə biləcəyini öz zövqlü seçimləri ilə bir daha sübut edir.

 
 

Hazırladı: Şəbnəm Ramazanlı

 
 

 

 

Şərhlər

Menyu