2017 payızının ən çox dəbdə olacaq 5 çantası!


 

Çantalar xanımların daim yanlarında daşıdığı aksessuar, həmçinin stillərinin ayrılmaz bir hissəsidir. Müxtəlif rənglərdə, ölçü və formada olan çantalar onun sahibəsi haqqında çox söz deməyə imkan verir.

Hər bir xanım həm dəbə uyğun olan, həmçinin gündəlik həyatda rahatlıqla istifadə edə biləcəyi zövqlü çantalar seçməyə çalışır. Bəs yeni mövsümdə hansı növ çantalar dəbdə olacaq? 
Payızın 5 çanta trendini sizə təqdim edirik.

 
 
 

1. Mikro Mini çantalar

Adının mikro olmasına baxmayaraq, bu çantalar mövsümün trendləri arasında böyük yer tutur. Bu çantalar sizə həm  lazım olan hər şeyi yığmaqda, həmçinin dəbli görünməkdə kömək olacaq.

 
 
 

2. Kəmər çantaları

Kəmər çantaları 80-ci illərdəki “fanny pack” çantaları ilə qarışdırmaq düzgün deyil. Bu çantalar daha zərif və daha şıqdır. Geyimlərinizdə kəmər çantalardan istifadə etmək həm trend görünməyinizə, həm də istifadəsi rahat olan aksessuara sahib olmağınıza səbəb olacaq.

 
 
 

3. Oversayz çantalar

Mini çantaların tamamilə əksi olan böyük ölçülü çantalar demək olar ki, bütün 2017 payız kolleksiyalarında qarşımıza çıxır. Bu çantalar modern və dəbli görünmək istəyən, həmçinin hər zaman hər şeyi yanında daşımalı olan xanımlar üçün ideal seçimdir.

 
 
 

4. Müxtəlif materiallardan hazırlanmış çantalar

Sezonun defilələrində gözdən qaçmayan bir çanta trendi də kürk, yun və ya məxmərdən hazırlanmış çantalardır. “Damğa” boyunbağıların yerini, “damğa” çantaların aldığı bir dövrdə müxtəlif materialdan hazırlanmış belə çantalar sizin üçün əla seçim ola bilər.

 
 
 

5. Çiyindən asılan çantalar

Çiyindən asılan çantalar 2017-ci ilin payız mövsümündə yenidən geri qayıdır. Müxtəlif rənglərdə və hər zövqə uyğun olanb bu çantalardan istifadə edərək əsl kübar xanım görünüşü əldə edə bilərsiniz.

 
 

Hazırladı: Şəbnəm Ramazanlı

 

Şərhlər

Menyu