Zoey və Casper. Ev heyvanlarının uşaqlarla dostluğu onları xoşbəxt edir.


 

Demək olar ki, hamımız uşaqlar və heyvanlar arasındakı saf dostluğu özündə əks etdirən saysız hesabsız fotoşəkillər görmüşük və ya bunun haqqında müxtəlif hekayələr oxumuşuq. Düzdür bəzi valideynlər evdə heyvan bəsləməyin uşaqlar üçün təhlükəli ola biləcəyini fikirləşirlər, lakin araşdırmalar göstərir ki, bu tam əksinədir. Kiçik yaşlarında heyvan sahibi olmaq uşaqlara sevgi, şəfqət, mərhəmət, məsuliyyətli olmaq kimi hisslər aşılayır, həmçinin onlarda xəstəliklərə qarşı immun sistemini gücləndirir.

Bugün sizi öz 10 aylıq oğlu ilə sahibləndikləri itlərinin çox əyləncəli şəkillərini çəkən fotoqraf ana ilə tanış etmək istəyirik.

Los-Ancelesdə yaşayan Qreys Çon boş vaxtlarında sahibsiz heyvanların fotolarını çəkərək, onların yeni sahiblər tapmasına yardım etməyə çalışır. Onun oğlu dünyaya gəldikdən sonra fotoqraf iti Zoey və oğlu Casperin birgə portretlərini yaratmaq qərarına gəlir.

Zoey çox utancaq itdir, lakin şəkil çəkdirmək zamanı gələndə bu utancaqlıqdan əsər-əlamət qalmır. Mən adətən heyvanların şəkillərini çəkərkən onların diqqətini kameraya yönəltmək üçün çox səy göstərməli oluram, Zoeydə isə belə deyil. Şəkillərini çəkərkən o, səbrlə mən işimi bitirənədək poza verməyə çalışır. Oğlum Casper isə demək olar ki, dünyanın ən xoşbəxt uşağıdır, o, dünyaya gəldiyi ilk gündən gülümsəyərək şəkil çəkdirməyi sevir. Onların hər ikisi şəkil çəkdirməyi sevdiyinə görə bu proses mənim cəmi 10-15 dəqiqə vaxtımı alır.”

 
 

Hazırladı: Şəbnəm Ramazanlı

 
 

 

 

 

 

 

 

 

 

 

 

Şərhlər

Menyu