Dünyanın bütün pəncərələri Andre Vinsente Qonsalvesin foto layihəsində


 

Pəncərələr istənilən tikilinin ona həyat verən vacib bir hissəsidir. Portuqaliyalı fotoqraf Andre Vinsente Qonsalves hazırda davam edən “Windows of the World” layihəsi ilə bu memarlıq elementlərinin əhəmiyyətini bir daha vurğuladı.

Uşaq yaşlarından təbiətə bağlı olan fotoqraf, onun bütün müxtəlifliklərini öz fotolarında əks etdirməyə çalışırdı. Sonda bu sahəyə həvəsi onun kompüter elmləri üzrə 1 illik təhsilini yarıda qoymasına və ilk sevgisi fotoqraflıqla məşğul olmağa başlamasına səbəb oldu.

Müxtəlif regionlara məxsus memarlıq nümunələrinin də təbiət qədər rəngarəng və müxtəlif olduğunu müşahidə edən André, bu layihəni başlamaq qərarına gəldi.

Avropa şəhərlərinin unikal memarlığından ilham alan fotoqraf,  müxtəlif regionlara aid olan şəkilləri bir çərçivədə toplayaraq həmin ərazidə üstünlük təşkil edən memarlıq trend və stillərini ortaya çıxarır.

Onun ən böyük arzusu dünyanın bütün ölkələrindəki pəncərələrin fotoşəkillərini toplamaqdır. “Window of the World” layihəsini bitirdikdən sonra o, “Doors of the World” layihəsinə başlamağı planlaşdırır.

 

Hazırladı: Şəbnəm Ramazanlı

 

Şərhlər

Menyu