“ Babouche “ tərzi. Ənənəvi və müasir sənətkarlığın çarıqlarda kəsişməsi.


 

İki qardaş EnisƏmir tərəfindən əsası qoyulmuş SANAYİ 313, təkcə ayaqqabı brendi deyil, həm də özündə dizayn, memarlıq, incəsənət və qida sektorunu birləşdirən konsept butikidir. İstanbulda yerləşən butikdə fərqli mebellər, ev və dəb aksessuarları, ləziz yeməklərin servis edildiyi restoran və  market yer alır.

SANAYİ 313 atelyesində dizayner Serena Uziyelin rəhbərliyi altında özündə həm ənənəvi, həm də müasir sənətkarlığı birləşdirən zərif, incə çanta və ayaqqabılar hazırlanır.

SANAYİ 313 tərəfindən dizayn edilmiş dünyada “Babouche” tərzi kimi tanınan başmaqlar moda dünyasında fırtına yaratdı. Osmanlı zamanından ilhamlanmış bu kolleksiyada metallik naxışlar, arı emblemi və poetik ulduz dizaynlarından istifadə olunmuşdur.

Çarıqların naxışlarına əlavə olunmuş qotaz və saçaqlar onlara əyləncəli və cəlbedici görüntü bəxş edir. Möhtəşəm rəng seçimi və istifadə olunmuş yüksək keyfiyyətli materiallar çarıqların ən çox arzu olunanlar siyahısında ilk sıralarda yer almasına səbəb olur.

 
 

Hazırladı: Məhsəti Tağıyeva

 
 

 

Şərhlər

Menyu