KİNO | “Mələyin öpüşü”. Elşad Xose və Oksana Rəsulovanı bir araya gətirən film.

 

Azərbaycanda film sektoru uzun müddət durğunluq yaşasa da, son zamanlarda bu sahədə müəyyən irəliləyişlər sevindirir. Son illər çox saylı filmlərin çəkilməsi bu sahənin dirçəlməsini və ona marağın artmasını göstərir. “Mələyin öpüşü” ən son çəkilən və dedi-qoduya səbəb olan filmlərdən biridir.

     İdeya müəllifi Nərgiz Qasımova, ssenari müəllifləri Əlibəy Məmmədli, Əskər Əli Hacızadə, Süleyman Süleymanoğlu, quruluşçu rejissoru Əskər Əli Hacızadə, operatoru Elman Əliyev, quruluşçu rəssamı Xatirə Hüseynəliyeva, icraçı prodüseri İsmayıl Bağırov olan filmin baş rollarında Fuad Poladov, Oksana Rəsulova və onun keçmiş həyat yoldaşı reper Elşad Xose, Münəvvər Əliyeva çəkilib.

Filmin 25 gün ərzində BakıMərdəkanda çəkildiyi bildirilir. Rəqqasə Oksana Rəsulovanın rəhbəri olduğu “Oksi media” şirkəti tərəfindən lentə alınan “Mələyin öpüşü” filmində Elşad XoseOksananın sevgili rolunu canlandırmaları və onların öpüşmə səhnəsi əsas diqqət çəkən məqamlardandır.

Filminin rejissoru Əsgər Əli Hacızadənin sözlərinə görə film cəmiyyətdə olan sosial bərabərsizlikdən, varlılar və kasıblar arasındakı dərin uçurumdan bəhs edir. Sentyabrın 14-də “Nizami” kinoteatrında filmin qala gecəsi baş tutacaq, 15 sentyabrdan isə film kinoteatrlarda tamaşaçılara təqdim ediləcək. Eləcə də, Avropada, Rusiya və Türkiyədə də filmin təqdimatının keçirilməsi planlaşdırılır.

 

Hazırladı: Şəbnəm Ramazanlı
 
 

 

Şərhlər

Menyu