74-cü Venesiya Film Festivalı: Qırmızı xalıda bu il dəb yarışına girənlər..


 

 Bugünlərdə KannBeynəlxalq Berlin Film Festivalları ilə eyni sırada yer alan möhtəşəm Venesiya Film Festivalı keçir. Dünyanın ən qədim və ən məşhur film festivallarından olan bu festival hər il avqust ayının axırları və ya sentyabr ayının əvvəlləri Venesiyanın Lido adasında baş tutur. Film festivalının əsas mükafatlarına ən yaxşı filmlərə verilən Qızıl Şir və ən yaxşı aktyor və aktrisalara verilən Volpi kuboku daxildir.

2017-ci ildə 74-cü dəfə təşkil olunan və münsiflər heyətinə Hollivud aktrisası Annet Beninq başçılıq etdiyi Venesiya Film Festivalı 30 Avqust – 9 Sentyabr tarixləri arasında 11 gün ərzində baş tutacaq.

Hər il olduğu kimi Venesiya Film Festivalının qonaqları da qırmızı xalı üzərində dəb yarışına girir, 2017-ci il də istisna deyil.

Festivalda ən çox diqqət cəlb edən məşhurlar arasında Corc və Amal Klunilər ilk sıralardadır. Amal VERSACE brendinə məxsus şıq libas və vintaj üslublu saçları ilə izləyənləri özünə heyran etdi. İpək şifondan hazırlanan libas Donatella Versace peşəkarlığını və Amalın qüsursuz gözəlliyini bir daha vurğulamış oldu.

Venesiyada diqqət çəkən digər əsas məqamlardan biri isə VİCTORİA SECRET mələkləri olan İsabeli Fontana ve İzabel Qular eyni geyimlərdən istifadə etməsi olub. Beləki, onların hər ikisi modelyer ALBERTA FERRETTİ tərəfindən hazırlanan geyim, CHOPARD brendinə məxsus aksessurlardan istifadə ediblər.

Venesiya Film Festivalında abartılı rənglər, volanlar və parıltı olmadan heyranedici şıqlıq yarada bilən Amanda Seyfrid VALENTİNO 2018 kolleksiyasına aid sport- şıq üslubunun toxunuşları üstünlük təşkil etdiyi, olduqca sadə və rahat geyimdən istifadə edib.

 
 

Hazırladı: Şəbnəm Ramazanlı

 
 

 

 

 

 

 

 

 

 

 

 

 

Şərhlər

Menyu