ZERO WASTE Daniel: Parça artıqlarını dəbli geyimlərə çevirən brend


 

Nyu Yorkda anadan olmuş Daniel Silverstein sıfır tullantı hərəkatının təşəbbüskarlarındandır. Bu hərəkatın əsas məqsədi yer kürəsinin çirklənməsinin, iqlim dəyişikliyi ilə bağlı olan digər qlobal problemlərin qarşısını almaqdır. O, bu işə 2015-ci ildə, bir neçə il peşəkar modelyer kimi fəaliyyət göstərdikdən sonra başlamışdır.

 

Daniel bu ideyanın ağlına təsadüfən gəldiyini deyir. Belə ki, o, ziyafət geyimləri hazırlamaqdan yorulduğunu və buna görə də öz moda evini bağladığını bildirir. Bir gün o işlədiyi müddət ərzində yığılıb qalmış parça artıqlarından köynək hazırlayır və bunu İnstagram səhifəsində paylaşır.
Köynəyin böyük marağa səbəb olduğunu görən Daniel, sıfır tullantı dəbini yaratmağı qərara alır.  O və onun komandası tamamilə müxtəlif formalarda olan xırda parça artıqlarını toplayır, bu artıqları bir-birinə tikərək düz parçalar hazırlayır, həmin parçalardan isə bir-birinin bənzəri olmayan, tamamilə fərqli geyimlər tikirlər.


 


 

Onun moda evində tullantı həcmi sıfıra bərabərdir, çünki onlar hətta ən xırda parça artıqlarından da geyimlərə müxtəlif naxışların və bəzəklərin vurulmasında istifadə edirlər. Siz Nyu York şəhərinin Bruklin bölgəsində yerləşən mağazaya baş çəkərək bütün bu istehsalat prosesinin şahidi ola bilərsiniz.

 
 

Hazırladı: Şəbnəm Ramazanlı

 
 

 

 

Şərhlər

Menyu