COLLEZİONE İtalia: Cehizlik şopinqi üçün 300-dən yuxarı lüks brend!

 

Toy hazırlığının ən həyəcanlı və həmçinin böyük diqqət tələb edən mərhələlərindən biri də ailə həyatı qurmağa hazırlaşan xanımlar üçün çox önəmli hesab edilən cehiz alış-verişidir. Zövqlər fərqli olduqca, seçimlər də müxtəlif olur. Kimisi ev interyerində pratikliyi və sadəliyə, kimisi isə dəbdəbə və lüksə üstünlük verir. Hələ yerli adətləri nəzərə alsaq, xanımların bu seçiminə doğmaların da fikri təsir edir.

Bəs bu sayda fikir ayrılığı və hər zaman gözlərin önündə xəyal etdiyin evinin avadanlığını bütün şəhəri dolaşmadan necə əldə etmək olar? Redaksiyamız sizə bu işdə yardımçı olacaq COLLEZİONE İtalia – Avropanın ən iri miqyaslı lüks interyer məkanını tövsiyyə edir.

25.000 kv/metr ərazidə yerləşən bu mərkəzdə 300-dən çox  İtaliya, İspaniya, İngiltərə, İsveçrə və Almaniya istehsalı olan mebel və mətbəx dəstləri, pərdələr və dekor əşyaları, dəbdəbəli çılçıraqlar, zəngin qab-qacaq dəstləri təqdim olunur. Habelə, mərkəz təmir qayğılarını nəzərə alaraq, evin daxilində santexnika aksessuarları, divar kağızları, parketlər, qapı və pəncərələrin fərqli dizaynlarının böyük kolleksiyasını sərgiləyir. Mebellərinin əksəriyyəti eksklüziv təqdim olunan mərkəzdə interyer trendlərini əyani seyr edib, onlarla daha yaxından tanış olmaq üçün hər bir brendi nümayiş edən bir neçə otaqdan ibarət fərdi “şou-rum”-lar hazırlanmışdır.
 

Beləcə, cahiz mövzusunu davam edərək, ailə həyatı qurmağa hazırlaşan xanımların
gələcək evlərində arzuladıqları interyeri yaratmalarına kömək etmək üçün
COLLEZİONE İtalia -dakı tanınmış brendlərdən bir neçə nümunəni
sizə təqdim edirik.
 





 RUGİANO
 
Fərqli və unikal fikirlərdən yaranmış dəbin sinonimi olan “Rugiano” brendi İtaliyaya aid olan lüks mebel istehsalçısıdır. “Rugiano” şirkətinin istehsalı 3 istiqamətdə fəaliyyət göstərir.
ATMOSPHERE istiqaməti – özünə ən dəbdəbəli, füsünkar interyer yaratmaq fikrində olanlar və bunu bütün dünyaya bildirmək istəyənlər üçün nəzərdə tutulub. Qeyri-adi texnologiyalar və ekzotik materialların istifadəsi bu tərzdə hazırlanan mebeli sənət əsərinə çevirir.
SAVIOR FER istiqaməti – bu istiqamətdə hazırlanan mebellər metal və onun imkanlarının təcəssümü hər bir detalın onun mükəmməl forma və konstruksiyası qarşısında baş əyir.
THE REVIVAL COLLECTION istiqaməti – art deco tərzidir. Qiymətli parçalar, faktura və şəkillərin qeyri adi uyğunluğu, formaların qeyri simmetrik kəsimi bu istiqamətin əsas göstəriciləridir.

 
 
 



JAGO
 
Çağdaş və müasir zövqlərin tərcüməçisidir olan “JAGO” italyan brendinin əsası 1990-cı ildə qoyulub. “JAGO” yüksək keyfiyyətli çılçıraqlar və çıraqlar istehsal edən kiçik ailə fabrikidir. Yarandığı andan etibarən Jago fabriki özünü yaxşı tərəfdən göstərərək, elit məmulatları və ahəngdar kompozisiyaları ilə alıcılarının diqqətini cəlb etmişdir. “JAGO” brendinə məxsus çılçıraqlarla sizin eviniz səmimi abu-hava, müsbət əhval-ruhiyyə ilə dolacaq, olduqca müasir və gözəl görünəcək.

 
 
 




DESHOULIERES

 
Dəb və interyer istiqamətlərindən ilhamlanaraq, Fransız süfrə sənətinin zərif ruhunu təcəssüm etdirən Fransız limoj çini qablarının istehsalçısı “Deshoulières” şirkətinin əsası 1826-cı ildə Fransanın Limoj şəhərində qoyulub. Fabrika yüksək keyfiyyətli gil və təbii komponentlərdən istifadə edilən ekoloji təmiz çini qablar istehsal edir. Bu çini qablar xüsusi qüsursuz və mükəmməl keyfiyyəti, parlaqlığı, bəyazlığı və qeyri-adi möhkəmliyi ilə fərqlənir. Deshoulières çini qablarını mübaliğəsiz “krallara layiq qablar” adlandırmaq olar. Bu mükəmməl çini qablardan Avropanın və dünyanın bir çox ölkələrində bir sıra kral saraylarında istifadə edilir. Bu qablar süfrəni gözəlləşdirərək ev sahibinin ekskluzivliyini vurğulayacaq.

 
 
 


PEPA PASTOR
 
“Papa Pastor” brendinin yaranması şirkətin qurucusu Xuan Karlos Villa`nın həyat yoldaşının adı ilə bağlıdır. Qeyri – adi parçaların vəhdəti olan və insanı heyran edən “Pepa Pastor” brendinin məhsulları, onun sahibinin zövqünü vurğulayan fərqli məkan yaratmağa imkan verir. Qədim ispan tarixinə malik olan zərif, yüngül, mükəmməl təbii kətan, pambıq parçalardan hazırlanan “Pepa Pastor” pərdələri evinizə canlılıq, təbii görkəm bəxş edəcək.

 

Şəbnəm Ramazanlı
 
 

Ətraflı məlumat üçün:
www.collezioneitalia.az
Ünvan: Akademik H.Əliyev küç, 139
Tel: +994 50 228 11 00; +994 12 568 11 00
Instagram: @collezioneitalia
Facebook: Collezione Italia

 
 

Şərhlər

Menyu