“Məndən Sizə bir etiraf” İNCƏBELLİ Arıqlama Mərkəzinin həmtəsisçisi Kəmalə Eynullayeva

 

İnanılmaz görünsə də hər bir müvəffəqiyyət öz üzərində etdiyin qələbədən başlayır. Sizin də öz üzərinizdə etdiyiniz qələbədən böyük səyahətiniz başlaya bilər.

Üzərimizdə etdiyimiz hər qələbə bizi daha güclü edir, bir çox qapıların açarlarını ayaqlarımız altına atır. Öz üzərimizdəki qələbəmizin digər güclü bir simvolu “İNCƏBELLİ” brendinin yaradılmasıdır. Mərkəz insan üçün sərhədin olmadığını və hər bir arzunun gerçəkləşməsinin öz əlimizdə olduğunu təcəssüm etdirir. “İNCƏBELLİ” Dietologiya və Fitness Mərkəzi olaraq xanımlara sağlamlıq və gözəllik yolunda bir peşəkar vasitəçi rolunu ifa etmək üçün yaradılmışdır. Burada xanımlar arıqlamaq üçün aclıq əzablarından qurtularaq, səhhətlərinə ziyan vurmadan, əməliyyatsız, dərmansız, sağlam və təbii üsullarla çəki itirmək imkanı əldə edirlər. İdeal çəkisinə çatmış, özünə güvənini tapmış hər müştəri mərkəzin qalibiyyətidir!

Qadının gücü onun gözəlliyindədir. Gözəllik isə bir qüvvədir!

Daha öncəki məqalələrimizdən “İNCƏBELLİ”  Arıqlama Mərkəzi və onun xidmətləri haqda artıq tanışsınız.Redaksiyamızın mərkəzin digər həmtəsisçisi Kəmalə Eynullayeva ilə tanışlığı zamanı səmimi söhbət əsnasında  “İNCƏBELLİ”  -nin yaranma tarixini açıqlayarkən, özünün çəki atma haqda çox maraqlı enişli-yoxuşlu səyahətini paylaşmış oldu.

 

 

ADƏTLƏRİMİZ KÖKƏLMƏMİN ƏSAS SƏBƏBKARI İDİ..

“Ailəmdə süfrə mədəniyyəti qədim ən-ənələrimizə uyğun, böyüklü-kiçikli masa arxasına əyləşərək nənəmin, anamın bişirdiyi ləzzətli yeməklərini dadmaqdan ibarət idi. Ən-ənəyə sadiq qalaraq dədə-baba qaydası ilə kərə yağında bişirilmiş təamlar dad reseptorlarımızı oxşayırdı, ən çox sevdiyim yeməklərdən isə nənəmin bişirdiyi qazmaqlı plov və çörəyi suyunda isladıb bəh-bəhlə yediyim üç bacı dolması idi. Ailəcə əsl qurman idik və bərabər şəkildə yeməyin yeyilməsi ən çox sevilən ailə ənənəsinə çevrilmişdi.

Genetikaya görə ailədə arıq xanımlarımız yox idi, ümumiyyətlə bineyi-qədimdən arıq xanımlara baxımsız və ya xəstəlikdən əziyyət çəkən kimi baxıldığı üçün məndə öz növbəmdə 18 yaşında ikən 50 kq çəki ilə özümü kökəltməyə meyilliydim. Səhərlər özümə şəkər tozu, kakao və yumurta qarışığı qoqul-moqul hazırlayırdım, iri bir ağ çörək tikəsinin üzərinə 1 sm kərə yağı çəkib yeyirdim. Səhv stereotiplər üzərində qurulmuş gözəllik standartlarına çatmaq üçün səhhətimə dərk etmədiyim ziyanı vururdum.
 

KOMPLEKSLƏR MƏTBƏXƏ OLAN MƏHƏBBƏTİMİ ÜSTƏLƏDİ
 

Dünyaya gətirdiyim ilk övladımdan sonra bədənimdə genetik üstünlüklər hökmünü verməyə başladı, çox tez bir zamanda artıq çəki problemləri yaşadım, ikinci dəfə ana olduğumundan sonra isə 1.65 sm boy hündürlüyünə artıq 90 kq çəki toplamışdım. Bu çəkidə ilk dəfə iştahıma qalib gələ bilməyəcəyimi və ömürlük çəkimi gizlətmək üçün qarderob axtarışında olacağımı anlamışdım. Bir neçə dəfə pəhrizə oturmaq səyləri etdim, lakin saat 19.00-dan sonra adətə girmiş yemək vərdişlərinə qalib gələ bilmirdim. Hər şey belə də davam edəcəkdi, lakin günlərin birində səhər oyandığımda ayağımı yerə qoya bilmədim. Atdığım hər addım mənim üçün işgəncəyə çevrildi, artıq çəkidən daban sümüyünün əyilməsi, venoz genişlənməsi problemlərini yaşamağa başladım. Sırf azərbaycanlılara xas olan xasiyyətlərimdən biri də səhhətdə yaranmış problem aradan qaldırmaq üçün türkəçarə vasitələrə əl atmağım, müalicə vaxtının ertələnməsi olmuşdur. Özümü son ağrı həddinə çatdırana kimi həkimə müraciət etmədim. Etdiyimdə isə vicdan əzabı çəkməyə başladım. Həkim-Ortopedin mənə dediyi sözlər indiyə kimi qulaqlarımda cingildəyir və normadan artıq yeməyimə imkan vermir. O mənə “Cavan xanımsız, mübariz ruhunuz yoxdur, öz iştahınıza qalib gələ bilməsəz Sizə heç kim yardım edə bilməyəcək”… söyləmişdi. Bu sözlər qururuma toxunmuşdu. Həkim otağından çıxdığım andan özümə olan hörməti və sevgini itirmişdim. Qarşıma nəyin bahasına olursa olsun arıqlamaq hədəfi qoymuşdum… Arıqlamaq həvəsində olan insan bu haqda olan mifləri süngər kimi hopdurur…Mən də ilk addımlarımda bir sıra səhvlərə yol verdim, tez arıqlamaq istəyi ilə dərman vasitələrinə, arıqladıcı kokteylərə, online-dietoloqlara, qan qrupu pəhrizlərinə, hətta dünyada çox populyar Dukan pəhrizini sınamışdım, qeyri-peşəkar məsləhətlərə inanaraq boşuna vaxt itirirdim, hətta mədə rezeksiyası fikrinə düşmüşdüm. Mən də arıqlamaq üçün hamı kimi tez və asan yol axtarırdım… Amma qarşıma qoyduğum hədəfə doğru addımlarımda heç bir irəliləyiş görmürdüm.

 

..QƏLƏBƏ
 

Böyük yay endirimləri zamanı təsadüfən girdiyim geyim mağazasında çox bəyəndiyim, lakin o vaxtkı ölçümə uyğun olmayan bir ölçüdə (36 ölçüsündə) aldığım libas arıqlama simvoluma çevrildi. Libası aldığım gündən özümə tələsmədən, sağlam arıqlamaq vədi verdim.

Yemək rasionumu tənzimlədim, un məmulatlarından, şəkərdən, yağlı yeməklərdəm imtina etdim, su və çaydan başqa digər içkiləri rasionumdan ləğv etdim, özümə tərəzi alıb gündə iki dəfə özümü ölçməyə başladım və əlbəttə ki, təmiz havada uzun məsafəli gəzintilərə start verdim. Bir ilə 90 kq-dan 53 kq çəkiyə endim. Özümü olduqca sağlam, güclü və gözəl hiss edirdim. Əsası isə arıqlama simvolum olan libası əynimə geyinmək qalibiyyətini qeyd edirdim. Ətrafdakı çevrəm, qohumlar, dostlar, tanışlar mənə valehedici baxışlarla baxır, iradəmə məəttəl qalırdılar, əldə etdiyim nəticələrə çatmağımın sirlərini öyrənmək üçün mənə sonsuz zənglər edilirdi. Bəziləri iradəmin gücünə inanmayaraq mədə rezeksiyası etdiyimi danışırdılar. Mən isə hündürdaban ayaqqabıda, gözəl libasda Bakı küləyinin altında öz üzərimdəki qələbənin dadını çıxarırdım…dünya-aləm vecimə deyildi. Öz gücümə inanırdım, bilirdim ki, indi mənim üçün sərhəd yoxdur.”
 

 

Pəhriz (düzgün) qidalanma orqanizmi yaxşı vəziyyətdə saxlamaq və onun işində heç bir dəyişikliyə yol verməmək üçün ən vacib amildir. “Pəhriz” sözü yunan kökündən yaranmış və tərcümədə “həyat tərzi, qidalanma rejimi” deməkdir.

Balanslaşdırılmış qidalanma konsepsiyasına uyğun olaraq, insan orqanizmi zülal, yağlar, karbohidrat, mineral maddələr və vitaminlərin müəyyən nisbətinə ehtiyac duyur.

Stress, ekologiya, gündəlik problemlər.. Müasir dövr ritmində insan bir çox mənfi faktorlara məruz qalır. Bunun üçün orqanizmin sağlam balanslaşdırılmış qidalanma, normal yuxu və düzgün maye qəbuluna ehtiyacı var.

 

Düzgün qidalanmanın əsas prinsipləri:

Kəsrli qidalanma (3,5 dəfə) son qida qəbulu yuxudan 2-3 saat əvvəl.
Rasiondan fastfud, qızartma, un məmulatları, yağlı yeməklər, qazlı içkiləri çıxartmaq lazımdır. Alkoqol, şəkər və duzu qəbulunu azaltmaq.
Gündə 2 lt su içmək vacibdir.
Bitki qidasında olan kraxmal tərkibli və lif məhsulları istifadə etmək.

 

 

Sağlam balanslaşdırılmış qidalanma immuniteti möhkəmləndirir, orqanizmdə qocalma prosesini dayandırır, ürək və xərçəng xəstəliyinin bir çox növündən qoruyur, şəkərli diabet və öd kisəsi xəstəliklərinin ehtimalını azaldır.

Həkim diyetoloqun məqsədi çəki çoxalmasının ola biləcək səbəblərini müəyyən edib qidalanma rasionunu orqanizmin ehtiyaclarına uyğun düzəltməkdir.

Çəki çoxalmasının səbəbləri psixoloji, endikrinoloji pozuntular, qidalanma davranışının pozuntuları ola bilər. Və həmçinin çəki ölçməsi. Bədən strukturu, su, piy faizini, sümük çəkisini, kaloriya müəyyənləşməsi. Həcm ölçmələri, BMİ hesabı. Motivasiya ilə çalışma, qidalanma rasionun düzəlişi. Və həmçinin şəkər, xolesterin, qalxanvari vəzin hormon analizləri. Lazımdırsa, qarın nahiyəsi orqanlarının USM.

 

Arıqlamanın əsas səfləri bunlardır:

– Fiziki yüklər olmadan ciddi pəhriz, nəticəsi isə sallanan dəri.
– İnsan orqanizminə nə qədər az qida qəbul edilirsə, metabolizm prosesi o qədər azalır, çəki yenə qayıdır.
– Pəhriz saxlayarkən dayanmayıb yemək.
– Artıq çəkini tez bir zamanda atma arzusu. Arıqlama tez ola bilməz. Arıqlama prosesi müntəzəmolmalıdır (ayda 5 kq-dək).
– Arıqlamaq üçün farmakoloji preparatların və içkilərin qəbulu.
– Suyun lazımi dərəcədə qəbulu olmamağı. Sutka qəbulu 2 litrədək olmalıdır. Arıqlama prosesi tezləşir, dəri təmizlənir və elastik olur.
– Artıq dərəcədə kardio-məşqlərin olunması, məşqdən sonra dərhal qida qəbul olunması.

 

 
 

Foto: Vüqar Qasımov

Ətraflı məlumat üçün:
www.incebelli.az
Facebook: İncebelli
Instagram: incebelli.az
Ünvan: AF BUSINESS HOUSE, 5-ci mərtəbə, Nizami küçəsi, 203 B,
Tel: +994 50 240 90 30
e-mail: office@incebelli.az

 

 

 

Şərhlər

Menyu