Cordan Bolton: Məşhur filmləri posterlərdə canlandıran fotoqraf.

 

 

Cordan Boltonun film posterləri sevimli filmlərimizin ruhuna, obrazlar və obyektlərə həyat verir.
Özünəməxsus üslubu olan fotoqraf süjet və zamanla bağlı elementlərdən istifadə edərək, hər bir filmin atmosferini yenidən yaradır.
Ves Endersonun “Grand Budapest Hotel“-indən Jan Pier Junetin “Amelie“-sinə qədər uzanan seriyada, Boltonun sxem və vizual tərtibatları müxtəlif cizgi romanlar və Suzan Sontaqın “Obyektlər” seriyasından ilhamlanıb.

Cordanın miniatür əsərlər olaraq ifadə edə biləcəyimiz, filmin atmosferini bəsit obyektlər, rənglərlə təmsil edən bu əl işləri insanlara yeni və və alternativ yanaşma təcrübəsi təqdim edir.

O, “Pulp Fiction”, “Breakfast at Tiffany’s” kimi klassikləri xarakterizə edərkən diqqətlə düşünülmüş üslub və sistemləşdirmə yolu ilə filmdəki estetikanı yaxalaya bilib.

Cordanın bu seriyasında hər bir detalın ərsəyə gəlməsi üçün sərf edilən zaman 25 saata yaxındır. Seçilən filmləri təkrar-təkrar yavaş hərəkətlə izləmək, hər incə detalı gözdən qaçırmamaq onun yaradıcılığının bənzərsizliyi sübut edir.

 
 

Hazırladı: Nailə İskəndərova

 
 




Şərhlər

Menyu