ALEXİS MABİLLE. Qadın ətrindən geyim kolleksiyasına möhtəşəm keçid.


 

Aleksis Mabil 1977-ci ildə Fransa, Lyonsda, orta təbəqəli bir ailədə dünyaya gəlib. Ona ilk dəfə iynə-sapla işləməyi isə modaya xüsusi marağı olan anası öyrədib. Qısa zamanda yaşadığı yerdə bir çox insan üçün geyimlər hazırlamağa başlayan Aleksis 1995-ci ildə “Chambre Syndicale de la Couture Parisienna”-da təhsil almağa başladı və güclü istedadı nəticəsində 1997-cı ildə buradan məzun oldu. Növbəti illərdə o, təhsilini “Ungaro”“Nina Ricci”-də davam etdirmişdi. Daha sonralar Con Qaliano tərəfindən kəşf edilən dizayner YVES SAINT LAURENTLANCOME kimi məşhur moda evləri ilə çalışıb, ilk dəfə dəbsevərlərin qarşısına isə 2008-cı ildə Paris Hat Kyütür moda həftəsində çıxıb.

Aleksis Mabil Payız – 2017 kütür kolleksiyasının bir qadının qoxusundan ilham aldığını bildirir. Dizayner bu fantastik kolleksiya ilə qadın qoxusunun necə görünə biləcəyini xəyal edib. Multisensor fikir onun üçün geniş bir şərhvermə və ilham qaynağıdır. Çünki, bəzi insanlar bir şeylərin qoxusunu hiss etdiyi zaman gözlərinin önünə rəng gəlir. Bu isə “sinezteziya” olaraq bilinən abstrakt bir hadisənin istiqamətidir. Aleksis kolleksiyanı ərsəyə gətirməzdən öncə dahi əttar Rodriqo Floresdən məsləhətləşmişdi. Onun kolleksiyasında müxtəlif ətirlərin adları göstərilir.

“Rənglər, duyğular və bütün bunların səmimiyyətindən bəhs etmək istədim. Çünki, geyindiyiniz zaman, xüsusilə də kütürün içində bir obraza bürünürsünüz.”

 
 

Hazırladı: Nailə İskəndərova

 
 











Şərhlər

Menyu