LVOV- Bakıda lüks şokolad evi. Xoşbəxtliyə gedən yol damaqdan keçir..



 


Əksər xanımların ən yaxın rəfiqələri kimlərdir?
Etiraf edək ki, şopinq paketləri və şokoladlar!

 

Şokoladın dünyanın dörd bir tərəfinə yayılan sehrli hekayəsi miladdan öncə 1000-ci illərə təsadüf edir. Tarixi qalıqlardan əldə edilən məlumatlara baxıldığı zaman Mayaların ilk dəfə bu sehrli ləzzəti kəşf edib yetişdirdiyi bildirilir. Ona verilən ilk isim isə “Tanrının qüruru olan toxum” anlamını daşıyan “cacahault” olub.

Şokoladın insanları xoşbəxt etdiyi də artıq cəmiyyət arasında olduqca yayılmış bir məsələdir. Amerikada elm insanlarının apardığı bir araşdırmaya görə isə sakitləşdirici və antidepresan sinfinə aid bir dərmanın istifadəsini dayandırdıqdan sora şokolad yemək bizim əhvalımızı müsbətə doğru dəyişə bilər.

 

Bəs, Bakıda xoşbəxt olmaq üçün hansı məkana üz tutmalıyıq? Sözsüz ki, paytaxtın bir nömrəli şokolad məkanına!

 


 

“Lviv Handmade Chocolate “ ilk dəfə qapılarını qonaqlarının üzünə 2009-cu ildə Lvov şəhərində açmışdır və elə həm gündən etibarən  qısa müddətdə şirniyyat sevənlərin ən çox ziyarət edilən məkana çevrilə bilmişdir. Bu “şirin” biznesin əsasını qoymuş NataliyaVladimir Dobovoylar ailəsi uzun illər fərqli resepturalarla eksperimentlər etmiş və bənzəri olmayan ideal şokolad dadını kəşf edə bilmişlər. Bu səbəbdən burada daddığınız şokoladı başqa heç bir məkanda dada bilməzsiniz..

Düşünmək olar ki, bu şokoladın fərqi digərlərindən nədədir? Məsələ burasındadır ki, onlar əllə hazırlanır və resepti uzun illərin bir mətbəx sirridir. Bu səbəbdən burada daddığınız ləzzəti digər heç bir yerdə rastlaya bilməyəcəksiniz..

Əl işi şokoladlar və 70-ə yaxın növdəki şirniyyatlar“Lvov Şokolad Evi”-ndə yüksək keyfiyyətli və təbii maddələrdən hazırlanır. Onların tərkibində heç bir kimyəvi maddə və heyvan mənşəli yağlardan istifadə olunmur. Hədiyyə olaraq müxtəlif formalarda da satılan dadlı əl işləri dadı ilə hər kəsi öz sehrinə alır.
 


 

2015-ci ildə LVOV Bakıda ilk kafesini açdı..

Qədim Avropa reseptlərinə müvafiq bihuşedici şokoladlar hazırlayan bu şəbəkənin ölkəmizə gəlişi  2015-ci ilin 26 Dekabr tarixinə təsadüf edir. Brend hal-hazırda “məhsul özü özünü satmalıdır” prinsipi ilə fəaliyyət göstərir və lüks sinfinə aid edə biləcəyimiz gözoxşayan məhsullarını sərfəli qiymətlərlə təklif edir.

 


 

Dadlı “Lvov” vaflilərinin tərkib hissəsi təbii komponentlərdən ibarətdir. Sevimli ləzzətimizə çevrilmiş vaflilər dadlı və orqanik meyvələr – kivi, banan, çiyələk, portağal ilə təqdim edilir, “Lvov”-in bənzərsiz dada malik əridilmiş şokoladları ilə bəzədilir və istəyə əsasən dondurma və kremlər əlavə edilir.

 

 

“SmokyShake”- Nəinki bir şeyk, həm də bir desert!

“Lvov Şokolad Evi”-nin bu özünəməxsus təqdimatı olan əsəri ləziz şokolad, banan, çiyələk, oreolu unikal içkilər, müxtəlif çərəzlərlə süslənir və sizə əbədi unutmayacağınız dadı bəxş edir.

 

 

Qeyd edək ki, “Lvov Şokolad Evi” yeni açılacaq filialı ilə müştərilərini yenidən sevindirəcək! Ətraflı məlumat əldə etmək üçün “Zuleykha” jurnalını izləyin!

 
 

Hazırladı: Nailə İskəndərova

Ünvan: Yusif Məmmədəliyev 42 A, Fəvvarələr meydanı
Tel: +994 50 555 0170; +994 12 493 1141 
Instagram: @lviv.chocolate.baku
Facebook: Lviv Handmade Chocolate Baku

 
 




 
 

Şərhlər

Menyu