Rəngli daşlar. ZULEYKHA aksessuarlarından YENİ kolleksiya!


 

Al-əlvan qaşlar artıq çox populyardır!

Əvvəllər dizaynerlər fərqli və rəngarəng daş-qaşları bir araya gətirməkdən ehtiyyat edirdilər. Lakin hal-hazırda şəffaf daş-qaşlar olduqca sıradanlaşıb və yerini moda dünyasının son tendensiyalarından olan rəngli daşlarla bəzənmiş göz qamaşdıran aksessuarlara verib!

Göyqurşağının hər rəngini özündə əks edən sırğalar, üzük, qolbaq və boyunbağılarla artıq modern ab-havanı üzərimizdə daşıya bilirik. Hətta məşhur simalardan müşahidə etdiyimiz qədərilə evlilik üçün alınan tək qaş üzüklər belə indi rəngarəngdir..

 


 

Bütün bunları nəzərə alaraq, “Zuleykha” aksessuarları növbəti kolleksiyasında qaşların rəngli dünyasından yan keçmədi.
“Zuleykha” aksessuarlarının yeni kolleksiyası ilə bəyaz daşların yaratdığı sadə və ağır görünüşdən xilas olmaq istəyən xanımlar rəngarəng daşlarla rahat və dəbli bir obraza bürünür.

Çiçək motivini xatırladan, dəbdəbəli, iri ölçülü və rəngli qaşlı sırğalar yeni kolleksiyada tez-tez qarşımıza çıxacaq. Özünəməxsus modelləri ilə fərqini ortaya qoyan “Zuleykha” butiki klassik motivlərdən əlavə, böyük və rəngli, özünəməxsus kəsimlərə sahib üzükləri ilə xanımlarımıza bənzərsizliyi təklif edir. Gündəlik və ziyafətlərdə rahatlıqla istifadə edilə biləcək aksessuarlar ilin trend rəngi olan çəhrayının müxtəlif çalarlarını, pudra və mavinin ən yaraşıqlı tonlarını geniş alternativ ilə təqdim etməkdədir.

Odur ki, bir-birinə bənzəyən şəffaf qaşlardan sıxılan və rəngarəng olmağı seçənlər, istifadə etməkdən zövq alacağınız aksessuarlar üçün “Zuleykha” aksessuar mağazası sizləri gözləyir!


 

Ünvan: 28 MALL, 3-cü mərtəbə
Instagram: @zuleykhashop
Facebook: zuleykhashop

Foto: Orxan Hüseynov
Model: Günel Şirvanova
Saç/Vizaj: IN Studio Beauty Center

 
 









 





 
 

Şərhlər

Menyu