Kreativ çərçivələr. Yerli brend “Zeze Cards” ən unudulmaz xatirələr üçün.

 

 

10 ilə yaxındır ki, rəfiqə olan GünelGülər hər ikisi Əzim Əzimzadə adına rəssamlıq məktəbinin məzunudur. Qısa zamanda böyük uğurlar əldə edən bu iki xanım 2016-cı ilin əvvəlindən bəri “Zeze”-ni sosial mediyada geniş kütləyə tanıdıblar. Vaxt tapdıqca bol-bol kitab oxumağı sevdiklərini deyən xanımlar “Zeze Cards”-ın yaranma tarixinin də məhz bir kitabla bağlı olduğu haqda məlumat verdilər.  Jose Mauro de Vasconcelos-un şahəsəri “Şəkər portağalı” kitabında “Zeze” adında bir uşağın həyatından bəhs edilir. Onlar bu kitabın ruhu və Zezenin verdiyi ilham ilə əl işlərinə “Zeze Cards” adını veriblər.

“Zeze”-nin hal-hazırda həyatlarının mərkəzində olduğunu bildirən gənc xanımlar açıqça, postkart, dəvətnamə kimi ən özəl günlər üçün nəzərdə tutulmuş məhsullar yaradaraq, insanların ən xoş hisslərini onların əl işləri vasitəsilə ifadə etmələrinə səbəb olurlar və bu olduqca qürur verici bir hissdir.

 


 

“Həmişə düşünürdük ki, birlikdə bir şeylər etməliyik və belə bir idea ağlımıza gəldi. 2016-cı ilin yanvar ayından etibarən Gülərlə birlikdə bu işlə məşğul olmağa başladıq və fevral ayının 14-ündə sevgilimiz olan “Zeze”-nin adına səhifə açaraq sifarişlərin qəbuluna başladıq. Növbə ilə sifarişləri qəbul edirik və çalışırıq ki, hər ikimiz eyni sayda kart hazırlayaq. Biz belə kartlara çox rast gəlmədiyimiz üçün daha fərqli bir şey yaratmağa çalışırıq. Gələcək üçün ən böyük missiyamız isə təbii ki, “Zeze” üçün emalatxana açmaq və gördüyümüz işi seçilən bir brend adı altında davam etdirməkdir.”

 

Hazırladı: Nailə İskəndərova

 
 




 
 

Şərhlər

Menyu