NANAN bir lüks şirniyyat evidir. Məxmər divarlar, mərmər masalar..

 

 

Varşavadakı “Nanan” Fransız şirniyyat evi yerli “BUCK.STUDIO şirkətinin əl işidir. “Nanan” sözünün hərfi mənası da fransız dilində şirniyyat, çərəz anlamını daşıyır. Tamamilə çəhrayı konseptli bu minillik dükanın minimalist dizaynı qonaqları üçün zərif bir mühit yaradır. Şirniyyat evinin interyeri və vizual kimliyinə isə “Nanan”-ın ətirli eklerlər ilham qaynağı olub.

Burada xüsusi diqqətlə hazırlanmış pralin və makaronlar sanki yüksək zərgərlik nümayişi ilə dəmdəsgahlı şüşə piştaxtaların mərkəzinə yerləşdirilərək təqdim edilir. Müştəriləri “Nanan”-ın xidmətinə və konseptinə heyrandırlar. Onun içindəki ən şirin elementlər isə təkcə keks və tortlar deyil. Məxmər plüşlə örtülmuş yumuşaq divarlar, qızılı və retro tərzdəki işıq lampaları və mərmər masalar 50-ci illəri interyerdə hiss etdirir, xəyal dünyasının sürreal atmosferini yaşadır.

 

Hazırladı: Nailə İskəndərova

 




 
 

Şərhlər

Menyu