Nəhayət ki! Lollipop dodaq trendi. Dodaq qələminin çərçivəsindən qurtulduq!


 

Gözəllik dünyasının trendləri də artıq moda dünyasında olduğu kimi sürətlə dəyişməkdədir. Bu trendlərdən bəziləri qısa zamanda böyük kütlələrə yayılır və sevilir, bəziləri isə uzun-uzun müzakirələrə səbəb olur.
2016-nın nyud, “makyajsız” görüntü yaradan trendləri 2017-nin girməsilə yerini daha əyləncəli, hərəkətli, parlaq və işıltılı kimi təsvir edə biləcəyimiz, eyni zamanda “qəribə” tendensiyalara verdi.

Podiumlardan da gördüyümüz qədərilə artıq nəzərəçarpan dodaqlar gündəmdədir. Daha dəqiq desək, mat dodaq boyalarının, dodaq qələmlərinin verdiyi Kayli Cenner effektinin modası keçdi. Yeni trend – dumanlı və dağınıq Lollipop dodaqlardır!

 


 

Orijinal gözəllik trendi M.A.C-ın son moda nümayişlərində diqqətlərdən yayınmayan modelləri ilə tanınmağa başladı. Brend “Ruby Woo” dodaq qələmi və məşhur “Lipglass” dodaq parladıcısı ilə birlikdə yeni eksperimenti həyata keçirdi.
Bəs, nəticə? Dodaq qələminin çızdığı çərçivələrdən qurtulmuş, dumanlı və ya ombre deyə adlandıra biləcəyimiz yeni nəsil dodaqlar!

 


 

Bu trend ən çox da tünd rəng boyaları sevən, ancaq çəkməyə ehtiyyatla yanaşan xanımları sevindirəcək.
Bəs, lollipop dodaqlara necə sahib olaq?

 


 

İlk addım: Gündəlik istifadə etdiyiniz hər hansı korrektor ilə dodağınızın sərhədlərini görünməzləşdirin. Və barmağınızla dodaq səthinizin hamarlaşdığına əmin olun.

İkinci addım: İstədiyiniz rəng tonlarında – qırmızı, narıncı, çəhrayı və s. dodaq boyası ilə dodaqlarınızın iç hissəsini boyayın. Kənarlarını isə barmağınızla dodağın çol hissəsinə doğru zərif şəkildə yayın. Daha sonra mərkəz hissəni biraz daha tündləşdirin və yenidən kənarları barmağınızla yayın.

Üçüncü addım: Daha qalıcı bir nəticə üçün dodağınızı görünməz pudra ilə pudralayın. Rəngsiz bir parladıcı da çəkərək daha cazibədar dodaqlara sahib ola bilərsiniz.
 

Hazırladı: Nailə İskəndərova
 
 


 

Şərhlər

Menyu