Funksional və unikal uşaq mebelləri. Rusiyalı brendlərindən top seçmələr.


 

Övladı üçün onun xəyallarını canlandıran və modern dizaynlı otaqlar hazırlaya bilmək hər bir ananın arzusudur. İstifadə edəcəyimiz rənglər, divar kağızları, mebel dəstləri, çarpayı, stol-stul, pərdə və s. – sözsüz ki, bu zaman hər bir detalın otağın interyerində böyük rol oynadığını unutmamalıyıq. Lakin xanımlar balacalarının istifadə etməsi üçün xəyallarındakı mebel dəstlərini hər zaman asanlıqla tapa bilmirlər.

Mebel seçimində çətinlik çəkən analar, ən unikal rus mebel brendləri və məlumatları sizə yeni fikirlər qazandıracaq!

 

“DoodyWoodyDom”
Uşaqlıq illərinizdə yəqqin ki, siz də gözünüzə dəyən hər hansı əşyalardan evlər inşa edir və onların içində “yaşayırdınız”. “DoodyVoodyDom”-da bu xəyallar gerçəyə çevrilir. Qeyri-adi yataqları ilə tanınan brend sanki, evlərin sahiblərini axtardığı məkandır. Yataq “evləri”, çarpayı “evləri”, paltarlar üçün “mənzillər” balacaların otağına çox sevəcəkləri atmosfer qatır. Bu evciklər həm də olduqca funksionaldır.

 

 

“Sophie Store”
Brendin məhsulları anaların qəlbini oxşayır. Bəs, səbəb? Şıq dizayn, klassik notalarla bəzədilmiş minimalist üslub və funksionallığın tamamıdır. Brend yeni doğulmuş körpələr üçün müxtəlif tərtibatlı yataq modelləri, çəkməcəli şkaflar, uşaq otağı üçün ehtiyacınız olan hər şeyi bir arada bizlərə təqdim edir. Onun zərif işləməli və kübar məhsullarına göz gəzdirərkən axtardığım əsl budur deyə biləcəksiniz!

 

“Littlestreet”
Brendin məhsulları xəyal güçü zəngin uşaqların nə üçün otaqlarını bu qədər çox sevdiyinə bir cavabdır. Onun dizaynerlərinin xəyal gücü isə daha da fantastikdir. Uşaq otağı üçün Holland dolabları ilə tanış olaq: üç model – Amsterdam, PraqaTallin dolabı bir-birilərilə bir bütün formasında və ya ayrı-ayrılıqda quraşdırıla bilirlər. Parlaq, əyləncəli və yumuşaq kəsimləri səbəbilə tamamən təhlükəsiz olan bu dolablar səyahət sevər uşaqlı ailələr üçün əsl tapıntıdır.

 


“Moonk”
Brend uşaqların inkişafının estetika, ədəbiyyat, musiqi, rəsm kimi incəsənət sahələrinin yolu ilə gerçəkləşdiyini düşünən iki ananın layihəsidir. “Moonk” brendinə görə uşaqların oyunlar oynaması və inkişaf etmələri üçün gərəkli olan üç təməl əşya stol, stul və taburetkadır. Bunlar balacalrın çızmaqara etmələri və lazım olan bütün tərtibatların toplanması üçün uyğun əşyalardır. “Moonk”-un dizaynları uşaqlarınızı olduqca təəccübləndirəcək və eyni zamanda onlarda maraq doğuracaq.

 

“Playply”
“Playply” brendinin mebel istehsal və dizayn edən əməkdaşları övladlarımızın inkişafı üçün gözəllik və estetikanın önəmini bizlərə vurğulayırlar. Brendin maraq doğuran məqamlarından biri “Clic” seriyasındakı masa və stulların vintlərin köməyi olmadan yığılmasıdır. Beləliklə tamamilə təhlükəsiz olan, hamar xətli bu mebel dəstləri əyləncəli, funksional və fərqli yaş aralığı üçün uyğundur. Patel çalarlarda boyanmış seriyanın ağac motivləri otağın atmosferini gözəlləşdirib.

 


Hazırladı: Nailə İskəndərova

 
 

Şərhlər

Menyu