Əllərə diqqət! GUCCI eklektik ideyanı əllərdə yansıtdı.


 

Yunan tanrıçalarından ilhamlanaraq ərsəyə gətirilən GUCCI kruiz 2018 kolleksiyasının moda şousu bu yaxınlarda Florensiyada, Pitti Palasda gerçəkləşdi. Renessans dövrünün əsas nöqtə olaraq mənimsənildiyi kolleksiyada həm kişi, həm də qadınlar üçün dizaynlar sərgilənib. GUCCI-nin eklektik tərzinin hakim olduğu kolleksiyada əsas diqqət çəkən məqamlar həm kişi, həm də qadın modellərin başlarına taxılmış qızıl taclar, çərçivəli, şəffaf və ya rəngli şüşəli eynəklər, teksturalı lasinalar, 70-ci illəri xatrladan türban, kürklər və yeni bir detal – qeyri-adi əllər idi.

 

Şouda əsas ön planda isə brendin adı və loqosu oldu. Xüsusilə bir libasda mirvarilərlə bəzənmiş iri “GUCCI” yazısı diqqətləri üzərində topladı. Həmçinin t-shirt və çantalarda da fərqli yazı formaları və “Guccification”, “Guccify Yourself” kimi mesajlar ilə “GUCCI” isminə vurğu davam edirdi.

Modellərin əl və dırnaqlarına isə podiumda xüsusi diqqətlə yanaşılıb. Müxtəlif aksessuarlarla bəzənmiş və ya rənglənmiş dırnaqlar yeni trendlərin başlanğıcıdır. Eyni zamanda podiumda makiyaj üçün də istifadə edilmiş mirvarilər, qızılı və gümüşü süsləmələr ilə GUCCI modellərinin əlləri də böyük marağa səbəb oldu.

 

Hazırladı: Nailə İskəndərova

 



 

 

Şərhlər

Menyu