Kütür modasının gerçək dəyərləri. Francesco Scognamiglio Payız 2017.

 


 

Francesco Scognamiglio 1975-ci ildə Neapolitan mədəniyyətinin mərkəzi Pompeydə anadan olub. “Napples” Dizayn Kollecindən 1998-ci ildə məzun olduqdan sonra, Francesco artıq ilk moda evini açmışdı. Onun karyerasında fundamental an isə 1994-cü ildə “Naples”-da Donatella Versace ilə tanışlığı və onunla 1999-cu ilə qədər davam edən iş və dostluq münasibəti oldu.

Dizaynerin ilk kolleksiyası ilə debütü 2000-ci ildə, ilk moda nümayişi isə Romada baş tutub. Onun məqsədi özünün konseptual tərzinin ən üst səviyyəsini moda dünyasına, ABŞ, Avropa, Rusiya kimi böyük bazarlara bəxş etməkdir. Onun spesifik istedadı və yaradıcı-lüks tərzi Suzi Menkesdən əlavə, dünyaca məşhur ulduzlar Madonna, Beyons, Ladi Gaga, Rihanna, Nikol Kidman tərəfindən də yüksək qiymətləndirilir və tez-tez qarderoblarında yer verirlər.

 


 

Dizayner bu mövsüm Parisdə baş tutan kütür moda həftəsinə qatılmadı və özünün Milandakı atelyesində səmimi bir nümayiş sərgilədi.
“Kütür modasının gerçək dəyərlərinə daha çox fokuslanmaq istədim – gizlilik və diqqət gərəkdirən müştərilərimlə şəxsi münasibətim, hər libasa daxil etdiyimiz unikal yaradıcılıq. Kütür sənətkarlığın ən saf zirvəsini qoruyub saxlamalıdır.”

Onun Payız 2017-kütür kolleksiyasında eklektik kombinlərə rast gəlinir. Hər biri xüsusi diqqət və ustalıqla dizayn edilmiş, iri çiçək motivləri, zərif əl işləmələri, həcmli saçaq və xəzlərlə bəzənmiş kolleksiya Francesco yaradıcılığının təməl komponentlərindən biridir.

 

Hazırladı: Nailə İskəndərova

 
 







Şərhlər

Menyu