İNCƏBELLİ Arıqlama Mərkəzinin dietoloqu Səidə Qurbanova effektiv kilo atma haqda.

 

Bir çoxlarımız pəhrizə başlayarkən motivasiyamız olduqca yüksək olur. “Bu dəfə alınacaq” deyərək böyük bir ruh yüksəkliyi ilə internetdən araşdırmalar, müxtəlif idman zallarına yazılmaq, marketdən pəhriz alış-verişləri və s. başlayırıq.
Bu səhnələr çoxumuza tanışdır, lakin bu qədər motivasiya ilə başladığımız bir işi bir neçə gündən artıq davam etdirmək zaman keçdikcə çətinləşir. Yəqin ki, daha öncələr də bir çox pəhrizləri yoxlayıb, geri addım atdığınız hallar olub.

Tək pəhriz, yoxsa dəyişmiş həyat tərzi?

“İncəbelli” arıqlama mərkəzinin həkim – dietoloqu Səidə Qurbanova sağlam həyat və düzgün qidalanma üzərinə geniş araşdırmaları və zəngin, peşəkar təcrübəsi ilə maraqlandığınız bütün sualların cavablarını açıqlayır.

 Səidə Qurbanova Sant-Peterburqda, İ. Pavlov adına Tibb Universitetində təhsil alıb. Səidə xanım dietologiya, kliniki dietologiya, nutrisiologiya mövzularında fərqli təlimlər keçmişdir. O, endokrinoloq – dietoloq olaraq ixtisaslaşmışdır və estetik, sağlamlıq mərkəzlərindən zəngin təcrübəyə malikdir. 

 


 

– Səidə xanım, ətrafımızda yanlış tətbiq edilmiş pəhrizlərdən əziyyət çəkən xeyli sayda insan mövcuddur. Bəs, sağlam pəhriz nədir?
– Sağlam qida pəhriz deyil, bu həyat tərzidir. Xanımların bədən və xəstəlik göstəricilərinə uyğun olaraq gündə 3-5 hissələrə bölünmüş, təzə hazırlanmış, günün eyni saatında qəbul edilən yeməklər və maye, mütləq hesab olunan yüngül səhər yemeyi və bədənin təmizlənməsi günləri sağlam həyat tərzinin əsasları hesab olunur. Onlara aclıq işgəncələri vermədən, fərdi xüsusiyyətləri əsasında qurulmuş sağlam qida vasitəsi ilə bədənlərindəki mübadilə proseslərini tənzimləyən, orqanizmi saat kimi işləməyə sövq edəcək mexanizmi işə salacaqlar.
 

“İNCƏBELLİ” olaraq arıqlama proqramınız əsasən hansı prinsip üzərində dayanır?
– Mərkəzin arıqlama proqramlarının prinsipi bütün müştərilərilərinin dad alüdələrinə, onların xroniki və ya cari xəstəliklərinə, hətta xarakter xüsusiyyətlərinə fərdi yanaşaraq unikal, sırf özlərinə məxsus sağlam qida planı yaradılmasından ibarətdir.

 

 

– Arıqlama proqramı nələri əhatə edir? İncəbelli arıqlama proqramına başlayanlar hansı mərhələlərdən keçir? (əvvəl dietoloq, sonra pilates, yemək sifarişi və s..)
– Arıqlama proqramımız həkim-dietoloqun müayinəsidən və konsultasiyasından başlayır. Həkim-dietoloq müştərilərin bədən kütləsini bioanalizator vasitəsi ilə ölçür və onun bədən kütləsinə hesablanmış su, piy həcmi barədə ətraflı məlumat əldə edir. Daha sonra fərdi qida planının hazırlanması üçün müəyyən analizlər siyahısınının nəticələrini təhlil edir. Müştərinin seçdiyi arıqlama proqramına əsasən göstərdiyimiz xidmətlərə isə şəxsi fitnes təlimçisi ilə çəki itirmək istiqamətinə yönəldilmiş məşqlər, anti-sellülit massajları, termo bürünmələr, kosmetoloq və s. daxil ola bilər.
 
 
– Müşahidələrinizə əsasən kilo itirərkən yol verilən ən böyük səhvlər hansılardır? Oxucularımıza nələrdən uzaq durmalarını tövsiyyə edərdiniz?
– Müşahidəmə əsasən, tez zamanda arıqlamaq istəyi ilə alışanlar uzunmüddətli monopəhriz proqramlarında, 1-2 həftədə bir dəfədən artıq təmizlənmə pəhrizlərində, su, qarpız, şokolad pəhriz proqramlarında, gündəlik fitness məşğələləri olmadan zülal pəhrizlərində çəki itirirlər. Lakin, bu zaman çəki ilə bərabər orqanizmlərində bərpa edilməz minerallar, vitaminlər, zülallar da yuyulur. Bu isə müxtəlif xroniki xəstəliklərin yaranmasına gətirib çıxarır. Bundan əlavə, bir çoxları sağlamlıqlarını düşünmədən sehrli üsullara əl ataraq arıqlama və ya iştah öldürmə preparatlarından, arıqlama kokteyllərindən istifadə edir, bədənlərində o vasitələrə aludəlik, orqanizmdə geriyə dönüşü olmayan zərərli proseslərin başlanğıcına gətirəcək mexanizmi işə salırlar. İndiki zəmanədə “sağlam insan”-ın iqtisadi baxımdan heç kimi qazandırmayacağını düşünsəniz, aldığınız arıqlama preparatlarının kimin üçün daha faydalı olduğunu təhlil etsəniz, qeyri-peşəkarlar tərəfindən tərtib edilmiş, fərdi xüsusiyyətlərinizi nəzərə almayan kommersiya məqsədi daşıyan pəhrizlərin kimin üçün daha sərfəli olduğunu analiz etsəniz, özünüzə, sağlamlığınıza və bədəninizə qarşı daha diqqət və qayğı ilə yanaşmağa başlayacaqsınız.
 

– İnternet məkanından əldə edə biləcəyimiz bir çox pəhriz proqramı tək bir qida üzərinə fokuslanır. Sizcə yalnız orqanik qidalanma ilə çəki atmaq mümkündürmü?
– Bəli, əlbəttə. Lakin, burada əsas məqamlardan və şərtlərdən biri bu cür pəhriz proqramlarına daxil olan yeməklərin qida əlavələrindən, sintetik pestisidlərdən, kimyəvi gübrələrdən azad şəkildə hazırlanmalı olmasıdır. Qida vitaminlər, minerallar, zulallarla zəngin olmalıdır, və bizim milli xüsusiyyətlərimizi əhatə edərək dad reseptorlarımızı oxşamalıdır.
 

– Hazırda internetdə arıqlama proqramları haqda çoxlu məlumat olduğu halda, “İncəbelli” olaraq sizin arıqlama proqramınıza qoşulmağın üstün cəhəti hansıdır?
– Mən pasientlərimə internet vasitəsilə ümumiləşdirici olub heç bir fərdi xüsusiyyət daşımayan, heç bir tibbi əsası olmayan, insanın xəstəliklərini nəzərə almayan qeyri-peşəkar pəhriz metodlarından istifadə etməyi tövsiyyə etmirəm. Tamamilə sağlam bir rəfiqənizə təsir etmiş hər hansı pəhriz növü sizin tam əksinə, sağlamlığınızın pozulmasına, hətta çəki artımına gətirib çıxara bilər. Hazırda internet pəhrizlərinə aldanmış, bununla böyrəklərini, öd kisələrini sıradan çıxarmış onlarla pasientim var. Bu, çox acınacaqlı haldır. Lakin biz onlarla adım-addım sağlamlıqlarının bərpa edilməsi və sağlam qida vasitəsilə çəki itkisi yolunu qət edirik. Bizi digərlərindən fərqləndirən isə dediyim kimi, hər bir pasientimizə fərdi yanaşmamızdır. Hətta, fitnes məşğələlərimiz insanın xroniki xəstəlikləri və ya xarakterik xüsusiyyətləri nəzərə alınmaqla keçirilir. Sağlam insanın ürəyinin dözə biləcəyi adi fitnes məşğələsi ürək-damar problemləri olan pasientə böyük zərər gətirə bilər. Ona görə də mütləq şəkildə hamı fərdilik prinsipləri barədə xəbərdar olmalıdır.
 


 

“İNCƏBELLİ”-dəki pəhriz proqramlarının hər bir fərdin xüsusiyyətlərinə uyğun formalaşdırıldığı haqda artıq məlumatlıyıq. Proqramları hazırlayarkən fərdi və sağlam olmasından əlavə insanların şəxsi istəklərinini də nəzərə ala bilirsiniz?
– Hər bir insan özünə xas yemək vərdişləri ilə formalaşır. Bizim arıqlama planında o faktorlar mütləq şəkildə düşünülür və həmin vərdişlərdən sağlamlıq üçün zərərli olanlar kiçik addımlarla tam şəkildə unutdurulur. Məhz buna görə də, biz pasientlərimizə bizimlə qısa zamanda deyil, həmişəlik arıqlayacaqlarını deyirik.
 

– Kilo alarkən və ya itirərkən hər hansı arıqlama preparatlarından istifadə etmək nə dərəcədə doğrudur?
– Mən bu cür preparatların və dərman vasitələrinin qəbul edilməsi əleyhinəyəm. Bu vasitələr insanda psixoloji aludəlik yaradaraq allergiya kimi fəsadlara belə gətirib çıxarır. Bu dərman vasitələri bədəndən piyi, suyu çıxararaq CA 3 vitaminləri çatışmazlığına səbəb olur. Bu cür dərman vasitələrinin qəbulu hipertoniya, hipotenziya, stenokardiya xəstələrinə qadağandır. Ümumiyyətlə, hər hansı bir arıqlama preparatının qəbul edilməsindən öncə müalicə aldığınız həkim ilə məsləhətləşməniz mütləqdir.
 

– Bütün bu proseslər zamanı insanlara psixologiya baxımından necə dəstək olursunuz? Motivasiya gücünüz nədədir?
– Mən kouç təlimçi olaraq piylənmə üzrə xəstələrin arıqlama müddətində pasientlərim ilə 24 saat onlayn rejimdə çalışıram. Onlarla bərabər stressli hallarda yemək vərdişlərinə qayıtmamaları üçün müəyyən motivasiya edici məşğələlər edirəm. Bəzən telefonda ağlayıb stress sonrası iri bir tort tikəsini yeyəcəyinə bir addım qalan pasientlərim olur. Onlarla pozitiv düşüncə, ruhlandırıcı pixoloji dəstək söhbətləri edərək vəziyyəti bərpa edirik.
 


 

“İncəbelli” arıqlama mərkəzində xanımların çox sevdiyi spesifik xidmətlərdən biri də fərdi proqramlara uyğun pəhriz qidalarının ünvana çatdırılmasıdır. Bu xidmətin onlara faydalarından bəhs edin.
– İncəbelli tərəfindən fərdi qida planı əsasında qurulmuş qida bütün sanitar, texnoloji, sağlamlıq normalarına uyğun hazırlanır. Bütöv gün üçün gözəl, dadlı qida təmin edilir. Arıqladığınız zaman sırf nəticəyə fokuslanmağa əziyyət çəkməməyiniz və günün təlaşında yemək dərdinizi aradan qaldırmaq üçün qidaları hazırlayıb ünvanınıza çatdırırıq. Sizə qalan isə plana uyğun şəkildə, vaxtında qidanı qəbul etmək olur.
 

– Sonda nümunə üçün bizə bir günlük qidalanma proqramı hazırlaya bilərsinizmi?
Qeyd etmək istərdim ki, bizi digər şirkətlərdən fərqləndirən xüsusiyyət şablonlarla işləməməyimizdir. Hər qida menyusu fərdi dad aludəlikləri, qida vərdişləri nəzərə alınmaqla formalaşdırıldığı üçün çeşid göz oxşayır. Menyumuz fəsillərə uyğun meyvə və tərəvəzlə zəngindir. Məsələn, bu yaxında bir pasientimizə təyin etdiyimiz qida planından bir günün menyusunu sizə nümünə olaraq göstərə bilərəm: “Səhər yeməyi olaraq bal və quru meyvəli yulaf sıyığı, qəlyanaltı olaraq meyvə smuzisi və ya banan və ərik. Günorta yeməyinə okroşka və çoban salatı, ikinci qəlyanaltı kimi kəsmikli zapekanka. Şam yeməyinə isə həftəbecər və manqal salatı.” Lakin, sadaladığım bu menyu diabet və qastrit xəstələri üçün tətbiq edilə bilməz. Ona görə də bir daha fərdilik prinsiplərinin önəmini xatırlamalıyam.
 
 

 

“Müsahibəmizin sonunda, “Zuleykha” jurnalının oxucuları üçün bəzi məsələləri vurğulamaq istərdim. Stress dolu, oturaq ofis həyatımız, qida rasionumuza daxil etdiyimiz “fast food”, alkoqol və şəhər içində avtomobil ilə hərəkət fiziki aktivliyimizi məhv edərək genetikamızda proqramlaşdırılmış xəstəlikləri və artıq çəki alma problemlərini oyadır. Hamıya sağlamlığına önəm verərək dədə-baba qaydası ilə masa arxasında əyləşib, tələsmədən, hər gün eyni vaxtda yemək yemələrini, gündə heç olmasa bir saat gəzintiyə vaxt ayırmalarını tövsiyyə edirəm. Sağlam olmaq haqqınızdır! Özünüzü sevin və sağlamlığınıza qayğı ilə yanaşın!”

Hazırladı: Nailə İskəndərova
Foto: Vüqar Qasımov

 

 

Ətraflı məlumat üçün:
www.incebelli.az
Facebook: İncebelli
Instagram: incebelli.az
Ünvan: AF BUSINESS HOUSE, 5-ci mərtəbə, Nizami küçəsi, 203 B,
Tel: +994 50 240 90 30
e-mail: office@incebelli.az


Şərhlər

Menyu