Collezione Italia. Bakıda lüks interyer məkanı.

 

 
 

“Lüks” sözünün hərfi mənasını “ehtiyacdan əlavə”, “gərəkli olanın sərhədlərindən kənar” kimi ifadə edə bilərik. Lakin gerçək həyatda kübarlıq alüdəçiləri, lüks ilə iç-içə yaşayanlar üçün o, ehtiyacın məhz özüdür.

Hal-hazırda lüks dedikdə yalnız həddən artıq dəbdəbə, göz yoran təmtəraq nəzərdə tutulmur. Modern dizaynın həyatımıza girməsilə lüks interyer detalları da ona uyğunlaşıb və ortaya çıxan nəticələr göz oxşayır. Hündür tavandan asılmış böyük və dəbdəbəli bir çilçıraq modern cizgilərlə dizayn edilmiş  qonaq otağınızın atmosferini tamamilə dəyişdirə bilər. Çünki, lüks hər şeydən öncə gözə və estetik qavrayışa xitab edir. İşıl-ışıl parlayan bir interyer sayəsində, evimizə girdiyimiz andan etibarən özümüzü dünyanın ən önəmlisi hiss edə bilirik.

Müasir dövrün tərəqqisi əhatəsində klassik dəyərlər sizi hələ də cəzb edirsə,  o zaman ən cəzbedici komponentləri sevdiyiniz məkanda qovuşdurun və fərqinizi hiss etdirin.

Lakin dekorasiyanın hər mərhələsində, rəng, kəsim, tekstura və ya üslubdan bəhs edərkən, komponentlər arasındakı balansı qoruyub saxlamağın önəmini unutmamalıyıq. Söhbət fərqli üslubdakı detalları bir araya gətirmək olduqda, evimiz yenilik və kontrastı mənimsəməli və onların ahənginə şahidlik etməlidir.

 


 

 

Modern, klassik, artdeko və s. üslublarını evində hiss etmək istəyənlər üçün Bakının ən geniş miqyaslı interyer məkanı “Collezione Italia” düzgün komponentləri yan-yana gətirmək və bəhs etdiyimiz balansı qura bilmək üçün axtardığımız mərkəzdir!

Collezione Italia” yeni interyer ideyaları üçün axtardığı bütün əşyaları vaxt itirmədən bir arada tapmaq istəyən sakinlərimizi ucsuz-bucaqsız alternativlərlə dolu geniş kolleksiyasından yararlanmağa dəvət edir.

25000 kv metr ərazidə yerləşən iri miqyaslı məkanı və gözoxşayan konsepsiyası ilə paytaxtımızda ilk olan bu interyer mərkəzi alıcılarına Avropanın ən unikal mebel brendlərindən ibarət zəngin kolleksiya təqdim etməkdədir. Məkanda “lüks” sinfə məxsus 300-dən çox brend tərəfindən yüksək keyfiyyətə malik İtaliya, İspaniya, İngiltərə, İsveçrə və Almaniya istehsalı olan mebel və mətbəx nümunələri, santexnika aksessuarı, divar kağızları, parketlər, qapı və pəncərələr, pərdələr, işıqlandırma vasitələri, zəngin qab-qacaq dəstlərindən ibarət böyük kolleksiya və ev üçün aksessuarlar sərgilənir.

Əfsanəvi mebel brendlərindən əlavə, dünyaca məşhur dizaynerlərin interyer nümunələrinin orijinal formada və bir məkanda təmsil olunması burada qonaqlara, xüsusən də yeni ev sahibi olmağa hazırlaşanlara interyer dünyasındakı tendensiyaları yaxından izləmək üçün imkan yaradır.

Xəyallarındakı interyerin təlaşında olanlar üçün interyer aləminin ən dəbli və bənzərsiz üslublarını əks edən – dəbdəbəli klassik barokkodan minimalist hay-tek tərzinə, ən kübar brendlərdən bir neçə nümunəni təqdim edirik.
 
 

 

RUGIANO

Rugiano” brendi ekzotik materiallardan istifadə etməklə, yüksək keyfiyyətli interyerin hazırlanması üzrə inanılmaz imkanlar nümayiş etdirir.

Brend müasir texnologiyanın imkanları ilə məhsullarını ən zövqlü və dəbdəbəli rənglərdə, komfortlu dizayn və yüksək keyfiyyətdə ərsəyə gətirir. “Rugiano” şirkəti çox zaman öz işlərində keyfiyyətli və qeyri-adi rənglərə boyanmış dəridən istifadə edir və mebel dəstləri istənilən ev sahibinin qəlbini oxşayır. Çünki, modellər fərqli istək və zövqlərə əsasən çox geniş seçimə malikdir.

 
 

 

LA MURRİNA

70-ci illərdə Murano adasında fəaliyyətə başlayan “La Murrina” brendinə artıq iki fabrik daxildir və burada murano şüşəsilə işləyən peşəkar işçilər çalışır.

Məhz bu səbəbdən, “La Murrina” brendinə məxsus hər bir çılçıraq yeni ev sahibi olmuş insanların və ya interyerində yenilik axtarışında olanların qəlbinə yol tapır. Zövqlə döşədiyiniz evinizdə “La Murrina” çilçıraqlarına baxaraq həzz alacaqsınız, çünki onlar əsl sənət əsəridir.

 
 

 

KTE

KT Exclusive” 1996-cı ildə təsis edilmiş və yarandığı gündən etibarən işinə uğurla davam edən peşəkar komanda formalaşdırmışdır. Brend lüks və premium divar kağızları, həmçinin yüksək keyfiyyətli interyer hissələrini müasir texnologiyalar əsasında istehsal edir. Şirkət özündə divar kağızları, foto divar kağızları, fotopanno, tekstil divar kağızları və pərdələri cəmləyir. Firmanın fəxri isə divar kağızları və dekorativ hissələrin unikal dizaynı və inanılmaz keyfiyyətidir. “KT Exclusive” məhsullarının evinizə qatacağı zənginlik və rəngarəngliyi ilə hərkəsi heyrətləndirəcəksiniz.

 
 

 

MobilCrab

Üslub, interyer dedikdə, sözsüz ki, hamam otaqlarımızı da unutmamalıyıq. “Mobilcrab” fərqli dizayn ideyasına uyğunlaşaraq dəbin və komfortun vəhdətini təşkil edən innovativ hamam otaqları üçün mebel kolleksiyasını təqdim edir. “Mobilcrab”-ın missiyası evdə yeni emosiyalara və istəklərə ilhamladırmaqdır. Müştərilərin istəkləri və keyfiyyətin simbiozu olan “Mobilcrab” İtaliya və dünya bazarına müasir dəbdə və yüksək keyfiyyətdəki ən gözəl nümunələri bəxş edir.
Beləliklə, interyer dizaynınız üçün siyahınızda ön sıralarda yerləşən ən orijinal hamam otağı əşyalarını “Mobilcrab” vasitəsilə təmin edə biləcəksiniz.

 

Ətraflı məlumat üçün:
www.collezioneitalia.az

Ünvan: Akademik H.Əliyev küç, 139
Tel: +994 50 228 11 00; +994 12 568 11 00

Instagram: @collezioneitalia
Facebook: Collezione Italia

Hazırladı: Nailə İskəndərova
 
 








 
 

Şərhlər

Menyu