Açıq səma altında muzey. Bakıda klassik avtomobillərin yürüşü olacaq.

 

 

Müasir Bakı küçələri yenidən klassik avtomobillərin retro ab-havasına bürünəcək. Keçmişlə modern zamanı qovuşduran bu maraqlı tədbir Azərbaycan Avtomobil Federasiyası (AAF) tərəfindən həyata keçirilir. Federasiyadan verilən məlumata görə, paradda iştirak edəcək avtomobillər avqust ayının 26-sı saat 15:30-da, Heydər Əliyev Mərkəzinin qarşısından start götürəcək və Bakı şəhəri üzrə yürüş edəcək. Paradda iştirak etmək istəyən avtomobil sahibləri üçün isə yalnız bir şərt mövcuddur – 1980-ci ilədək istehsal olunan avtomobillərlə qatılmaq.
 


 

Paytaxtı əsl avtomobil muzeyinə çevirən bu tədbir daha öncə də Bayraq GünüÜmumilli lider Heydər Əliyevin anadan olması münasibətilə 2014-cü və 2016-cı illərdə həyata keçirilmişdi. Milli bayraqlarla bəzənmiş avtomobillər insanların təəccübünə və heyranlığına səbəb olmuşdu. Retro avtomobil həvəskarları və eləcə də paytaxt sakinləri üçün ən yaddaqalan hadisələrdən biri kimi tarixə keçən yürüşdə, həmçinin müxtəlif mədəniyyət nümayəndələrinin də iştirakı və konsert, əyləncə proqramları nəzərdə tutulur.
Daha öncəki yürüşlərdə müxtəlif illərdə ölkəmizdə vaxtilə istifadə olunmuş avtomobillər, həmçinin xarici avtomobillər, “Mersedes”, “Rolls-Roys”, “Mustanq”, “Kraysler”, eləcə də “Pobeda”, “Zaporojets”, “Moskviç”, QAZ, ZİL ZİM kimi modellərin iştirakı, bu il də insanlarda maraq oyadır.
 


 

Qeyd edək ki, yürüşdə iştirak etmək istəyən klassik avtomobil sahibləri 22 avqust saat 18:00-dək Avtomobil Federasiyasında qeydiyyatdan keçə bilərlər.

Əlaqə üçün: info@faa.az
Tel: +994 50 295 01 00; 012 505 60 03

 
 

Şərhlər

Menyu