SATIŞ MÜTƏXƏSSİSİ (səviyyə 1)
Vəzifə haqda: 28 Mall-da yerləşən Zuleykha dəbli aksessuar butikinə Satış Mütəxəssisi tələb olunur.
Əsas öhdəliklər:
- Aksessuarların satışını təmin etmək
- Müştərilərlə xoş ünsiyyət və aksessuarlara maraq oyada bilmək
- Daxili satış proqramını və digər kassa avadanlığında səlis işləmək
- Gündəlik hesabatları Baş menecere təqdim etmək
- Satış və texniki bacarıqlar üzrə təlimlərdə iştirak etmək və mənimsəyərək işində tətbiq etmək
Tələblər:
- Məzunlara və ya axşam saatlarında təhsil alan tələbələrə üstünlük verilir
- Yaş həddi 18-27
- Həm qadın, həm kişi namizədlər müraciət edə bilər.
- Xarici görkəmi baxımlı
- Təcrübə önəmli deyil
- Bacarıqlı sata bilmək potensialı
- Ünsiyyətcil, etibarlılıq və dəqiqlik
- Azərbacan dilində səlis, rus və ingilis dillərində orta danışıq bacarığı
- Komandada çalışa bilmək
- Çevik, operativ çalışan və tez öyrənən
- İş yerinə yaxın ərazidə yaşamalı
İş saatları: İş növbəlidir (10:00- 16:00 və ya 16:00- 22:00). Həftədə 1 gün istirahət günü.
Əmək haqqı:
- İlk 1 ay könüllü olaraq təlimlər almaq və sınaq müddətini keçmək. (Bu müddət təlim üçün sərf olunacaq və təmənnasız olmaqla heç bir əmək haqqı təqdim olunmur.)
- İkinci aydan etibarən uğurlu namizədin aylıq maaşı performansı və göstəricilərinə görə müəyyən ediləcək.
- İkinci aydan etibarən namizəd maaşı ilə bərabər performans sisteminə əsasən satış səviyyəsinə görə əlavə bonuslar alacaqdır.
Təlim: Seçilmiş uğurlu namizəd iş zamanı bir sıra təlimlərlə təmin olunacaq. Buraya korporativ davranış, peşəkar kargüzarlıq, xüsusi kassa proqramı, satış və digər təlimlər aiddir.
Yerləşməsi: Bu vəzifəyə seçilmiş uğurlu namizəd 28 MALL-da yerləşən butikimizdə çalışacaqdır.
Qeyd: İş yerinə uzun müddətli karyera inkişafı kimi baxmayanların narahat etməməsi xahiş olunur.
Xahiş edirik, maraq göstərən şəxslər öz tərcümeyi-hallarını başlığa “Satış Mütəxəssisi” qeyd etməklə hello@zuleykha.az elektron poçtuna göndərsinlər.