Viktor & Rolf yenidən təəccübləndirir. Komik personajlar kütür kolleksiyasında.

 


 

Dizayner dueti Viktor&Rolf növbəti kütür kolleksiyasını gözəlliyin müxtəlifliyinə həsr edib. Kolleksiyanın nümayişində hər iki cinsin nümayəndələri, qeyri-adi tərzə malik modellər iştirak ediblər. Bundan əlavə podiuma modellərlə yanaşı, Britaniya komiki Kris Sivinin personajı olan Frenk Seydbottomun motivlərinə əsasən hündür və böyük başlı gəlinciklər daxil edilib. Nümayişin qeyri-real və abstrakt olmasına baxmayaraq, kolleksiya izləyicilər tərəfindən böyük marağa səbəb olub və olduqca bəyənilib.

Qeyri-adi kolleksiyada gündəlik geyimə uyğun libaslar da mövcuddur. Kolleksiyanın təməl elementləri isə “viper traffic”klassik MA-1 bombardmançıların libaslarına bənzər geyimlərdir.

Kolleksiyada əsas rəng çalarları kimi xaki, narıncı, göy və bənövşəyinin müxtəlif tonları təyin edilmişdir. Saç düzümü və makiyajda isə təbilik və nəzərə çarpan dodaqlara tez-tez rast gəlinir. Mr. Martner çəkmələri və uzun əlcəklər üslubi texnika olaraq eklektika və çoxtəbəqəliliyə istiqamətlənmiş nümayişi tamamlayıb.

 

Hazırladı: Ülkər Kazımlı
 





 

 

Şərhlər

Menyu