İPhone ilə film çəkiləcək? Rejissor Stiven Sodenberqin iddialı qərarı.

 

 
 

Stiven Sodenberq dörd illik aradan sonra baş rollarını Çeininq Tatum, Adam DrayverDaniel Kreiq kimi məşhur simaların üzərinə götürdüyü və avqust ayında təqdimatı baş tutacaq yeni filmi “Lucky Logan” ilə tamaşaçı qarşısına çıxdı. “Traffic” filmi ilə birlikdə iki Oscar mükafatı sahibi olan rejissorun artıq növbəti filmi də böyük marağa səbəb olub. Sodenberq bu dəfə daha eksperimantal bir işə imza atacaq.

 


 

Rejissorun şəxsi brendi “Fingerprint Releasing” ilə təqdimatı baş tutacaq soyğun filmi “Unsane” onu yenidən gündəmə gətirdi. Filmin mövzusu ilə bağlı detallar hələ açıqlanmamış olsa da, başrollarda Cuno TemplKler Foyun oynayacağı artıq bəllidir.

Filmin əsas xüsusiyyəti isə, daim yeni təcrübələr həyata keçirməyə tərəddüd etməyən rejissorun növbəti layihəsində yüksək maliyyətli çəkiliş aparatları yerinə mobil telefondan istifadə etməsi olub. Studio filmi çəkməyin maliyyə baxımından olduqca çətin olması səbəb göstərilərək iPhone ilə çəkilişləri baş tutan filmin premyerası tamaşaçılar tərəfindən səbrsizliklə gözlənilir.

 

Hazırladı: Nailə İskəndərova

 
 

Şərhlər

Menyu