“Yağış damlası”. Ömrü 30 dəqiqə olan yapon şirniyyatı.

 


 

Yağış damlasına bənzəyən və özünəməxsus görüntüsü ilə görənləri
heyrətləndirən “Raindrop Cake” yapon şirniyyatıdır.

Bir il öncə Nyu Yorklu aşpaz Darren Vonqun yağış damlası görünüşlü şirniyyatı Bruklində “Smorgasburg” adlı bir marketdə satışa çıxarılmışdı. Böyük marağa səbəb olan bu kekslə bağlı internet aləmində bir çox şərhlər və paylaşımlar edildi.

Yapon şirniyyatı şəffaf keksin orijinal ismi “mizu shingen moshi”-dir. Onun hazırlanmasında istifadə edilən əsas məmulat aqar – su yosunlarından əldə edilən bir növ jelatindir ki, qida, dərman sənayesində də tez-tez rast gəlinir.

Ən gözəl ləzzəti yaxalamaq üçün Yaponiyaya gedən Vonq normalda dadsız olan bu keykə ləzzətli əlavələr edib, kinoko tozu, soya tumları, qəhvəyi şəkər və s. elementlərlə ona yeni bir obraz qazandırıb. Vonq şirniyyatın hazırlanmasında aqardan əlavə minerallı sudan da istifadə edir.

 

Nəticədə olduqca xəfif, yumuşaq və təravətləndirici bir şirniyyat kimi ortaya çıxan keksin kalorisi yox deyə biləcəyimiz qədər azdır. Bu səbəbdən də onu ən çox pəhriz saxlayanlar və veganlar sevdi. Onun ən maraqlı xüsusiyyəti isə hazırlandıqdan sonrakı 30 dəqiqə müddətində yeyilmədiyi halda yoxa çıxmasıdır.

Şirniyyatın hazırlanması isə olduqca bəsitdir. Öncəliklə aqarlı qarışım hazırlanır və ardınca qaynadılır. Daha sonra isə forma verən qəliblərə yerləşdirilib dondurulur. Şirniyyat istəyə əsasən, fındıq və ya fıstıqla süfrəyə verilir, rəngarəng bir görüntü üçün isə meyvə dadlandırıcıları ilə hazırlanır.

 

Hazırladı: Nailə İskəndərova

 




 
 

Şərhlər

Menyu