Şlyapalar haqda bilib-bilmədiklərimiz.. Yay davam edir!

 


 

Şlyapa hər zaman dəbdə olub. Baş aksessuarı dedikdə, qadınlar çox zaman üstünlüyü şlyapaya veriblər. Bu dəbdəbəli aksessuar sahibinin statusu haqqında, onun peşəsi, dini baxışları və ya əhval-ruhiyyəsi haqda məlumat verir. Şlyapalar ləçəklər, lentlər, naxışlar ilə bəzədilə bilir.
Onlar başı və saçı gün şüasından, küləkdən, yağışdan qorumaqla yanaşı, dekorativ funksiya daşıyır və sahibinə fərqli ab-hava qatır. Bu aksessuar xanımlar arasında o qədər çox sevilir ki, hətta indi şlyapa festivalları da keçirilir. Buna misal olaraq, bu il Rusiyanın Vyatskaya Polyana şəhərində “Karnavalın rəngi” adı altında şlyapalara həsr olunmuş festival keçiriləcək. Hələ ki, geniş anons olunmamasına baxmayaraq, hal-hazırda Vyatskaya Polyana otellərində boş yer yoxdur.


 

 

2017-ci ildə dizaynerlər üstünlüyü enli kənarlı şlyapalara veriblər. Bir çox kolleksiyada bu modellərə tez-tez rast gələ bilirik. Şlyapaların bu növləri dəqiq xətləri və monoxromatik rəngləri ilə fərqlənirlər. Enli kənar şlyapaların ən çox tanınan növlərinə isə Kalabriya, Florensiya, şlyapa-slauçlar və s. aid edilir.

“Kantri” tərzini sevən xanımlar üçün bu növlərdən kovboy şlyapaları əvəzedilməzdir. Məxməri materiallardan olan geyimlər ilə kovboy şlyapa olduqca cazibədar xarici görünüşə səbəb olur. Slauçlar isə kənarları aşağı əyilmiş keçə şlayapalardır. Onlar günəşin zərərli şualarından qorunmaq üçün idealdır. Lakin bu tərzdəki şlyapalar qısa boylu xanımlara tövsiyyə edilmir. Belə halda, dizaynerlər qısaboylu xanımları düşünərək “boho” tərzindəki (miniatür) şlyapaları təklif edirlər.

Məsələn, “Brooks Brothers”-in 2017 yay kolleksiyasını daha yaxından izləsək, görərik ki, şlyapa-kanatiyelər qısa boylu qadınlara daha çox yaraşır. Bu aksessuarların üstü yastı və orta hündürlükdə, kənarları isə ensiz olur. Bu tərz şlayapaları Chanel də olduqca sevirdi və eyni zamanda, dizaynerin özü bu zövqlü aksessuardan istifadə edirdi.

 


Bu mövsüm isə şlyapalarda dekor və bər-bəzək o qədər də dəbdə deyil. Şlyapaların hazırlanması üçün ən gözəl material keçə hesab olunsa da, çimərlik üçün həsir materialı daha əlverişli və aktual sayılır. Podiumlarda nümayiş etdirilən bir çox modellər praktik olmasa da, onları sadəcə seyr etmək və detallardan faydalanıb öz tərzimizə uyğunlaşdırmaq vacib məqamdır.

 
 

Hazırladı: Ülkər Kazımlı

 
 



  

 
 

Şərhlər

Menyu