Türk dizayneri Erdem Moralıoğlunun H&M ilə əməkdaşlığı

 

 

Londonda yaşayan məşhur  türk dizayneri Erdem Moralıoğlu dünyaca məşhur brend H&M üçün kolleksiya ərsəyə gətirib.
Moralıoğlu özünə məxsus olan ERDEM brendi və Kira Naytli, Nikol Kidman kimi dünyaca məşhur ulduzları geyindirməsilə tanınır. Onun dizayn məhsulu olan geyimlərə qırmızı xalçada tez-tez rast gəlmək mümkündür.

Modanın romantik yaradıcılarından olan Erdem gözəlliyin gücünə inanır və zərif ustalıqla işlədiyi geyimlərini fərdi hekayələri əsasında tamamlayır. Film yaradıcısı Baz Luhrmanın da ortaq olduğu bu geniş kolleksiya qadınsı libaslar, orijinal aksessuar xətti və Moralıoğluna aid ilk kişi kolleksiyasından ibarət bütöv bir qarderobu əhatə edir. Kolleksiya üçün eyni zamanda Luhrmanın rejissorluğu ilə film də çəkilib.

Bu əməkdaşlıq nəticəsində karyerasında ilk dəfə kişi geyimləri xəttini dizayn etmiş olan Erdem ona ad-san qazandıran bənzərsiz naxışlar, materiallar və cizgilər üzərində çalışaraq onları yenidən formalaşdırıb.
Moralıoğlu H&M üçün hazırladığı geyim xətti haqqında “H&M ilə əməkdaşlıq etmiş dizaynerlərdən biri olmaq mənim üçün böyük qürurdur” deyə bəhs edib.

Qeyd edək ki, kolleksiya aid geyimlər 2 Noyabr tarixindən etibarən satışda olacaq.

 
 

Hazırladı: Nailə İskəndərova

 

Şərhlər

Menyu