Baku Street Fashion: Neftçilər Prospektində Küçə Dəbi

 

 
 
“Zuleykha” jurnalı tərəfindən paytaxtımızın müxtəlif ərazilərində mütəmadi olaraq həyata keçirilən “Baku Street Fashion” layihəsinin növbəti çəkilişi dəbli dünya brendlərinin yerlışdiyi Neftçilər Prospektində baş tutdu. Qədim tikililərin bəzədiyi, tarixi motivlərlə modern zamanı qovuşduran və zəngin alış-veriş məkanı sayılan bu dəbdəbəli küçə dəb sevərlərlə tez-tez qarşılaşa biləcəyiniz ünvanlardan biridir.

Dolce Gabbano, Tiffany&Co, Gucci və s. kimi dünyaca məşhur brendlərin alış-veriş mağazaları ilə zəngin olan prospektdə üslubları ilə diqqət çəkən şəhər sakinlərimizi bir araya topladıq. Olduqca isti keçən yay günləri səbəbilə rast gəldiyimiz insanlar daha yüngül, sadə və rahat kombinlərə üstünlük veriblər. Yayın əlvan rəngləri – mavi, çəhrayı, bəyaz, qırmızı ilə yanaşı, qara, qəhvəyi kimi klassik çalarlar və rəngarəng printlər rast gəldiyimiz sadə-şıq tərzlərə daha yaradıcı obraz qatıb.

Xatırladaq ki, jurnalda davamlı keçirilməsi nəzərdə tutulan rubrikada növbəti çəkilişlər zamanı Bakının digər müxtəlif küçələrindən dəbli şəhər sakinlərini sizlərə təqdim etməyə davam edəcəyik. Layihə çərçivəsində şəhərimizin özünə güvənən modabazlarını çəkilişlərdə iştirak etməyə dəvət edirik! Maraqlananlar hello@zuleykha.az ünvanına yazmaqla bizimlə əlaqə saxlaya bilərlər.

 

Hazırladı: Aytən Rza
Foto: Cavid Cəbiyev

 
 



Fariz İlyasov
Aparıcı / Model

 
 






Fəranə Fərzullayeva
Bloqer (passionblog

 
 



Turanə Hüseynli
Aparıcı / Bloqer / Dj
 
 

Mərdan Kazımov
Musiqiçi
 
 






Ramin Musayev
Jurnalist / Bloqer

 
 



Nəzrin Nəsirova
Xına ustası
 
 







Memar / Bloqer – Leyla İsmayılzadə,
həyat yoldaşı, Memar – Nicat İsmayılzadə
və qızlarıDiana


 
 

Şərhlər

Menyu