SƏRGİ | “Azərbaycan milli geyimləri olduğu kimi” oktyabradək keçiriləcək.

 

 

Milli geyimlərimizi olduğu kimi və daha yaxından görmək istəyənlər, diqqət! “Azərbaycan milli geyimləri olduğu kimi” sərgilənir! AMEA Milli Azərbaycan Tarixi Muzeyində keçirilən sərginin əsas məqsədi isə qloballaşan dünyada Azərbaycan mədəniyyətinin qorunub saxlanmasına və gələcək nəslə təhrifsiz ötürülməsinə səbəb olmaq kimi qiymətləndirilmişdir.

Sərgidə təqdim olunan geyimlər sənətşünaslıq üzrə elmlər doktoru Səbirə Dünyamalıyevaya məxsusdur. O sərginin açılışında çıxış edərkən uzun illər apardığı araşdırmalar və təqdim olunmuş geyimlərin hazırlanma texnologiyası haqda qonaqlara dolğun məlumat verib. Onun ölkəmizdə, həmçinin Gürcüstan və İrandakı muzeylərdə apardığı müşahidə və tətqiqatlar nəticəsində Şimali və Cənubi Azərbaycanda mövcud olmuş geyimlərin norma və prinsiplərinə əsasən milli geyimlərimiz üçün standartlar müəyyən edilmişdir.

 


 

Milli Azərbaycan Tarixi MuzeyiMilli Təhsil Texnologiyaları Mərkəzinin təşkilatçılığı ilə hazırlanan sərgidə geyimlərlə yanaşı muzeyin öz kolleksiyasındakı tarixi fotoşəkillər və mədəni irsimiz haqda məlumatlar da qonaqlara təqdim olunur. Qonaqlar sərgidə ilk dəfə Təbriz, Ərdəbil, Dərbənd, Borçalı kimi bölgələrə məxsus geyimlərlə də tanış olublar.

Sərgidə təqdim olunan milli geyimlər Muzey tərəfindən nəşr olunmuş sərginin kataloqunda da öz əksini tapıb. Yüksək keyfiyyətli və tərtibata sahib, 15 səhifəlik kataloqda müxtəlif geyim növləri və aksessuarlar təqdim edilir.

Qeyd edək ki, “Azərbaycan milli geyimləri olduğu kimi” Oktyabrın 1-dək davam edəcək və sərgiyə giriş sərbəstdir.

 
 


 
 

Şərhlər

Menyu