Nyu Yorkun mərkəzində qədim Yunan-Roma hovuzları. Aire Antik Hamamları.

 

 

Nyu York-Manhetton, TriBeKada 1883-cü ildə inşa edilmiş parça fabriki 2012-ci ildən bəri Aire Antik Hamamları kimi fəaliyyət göstərir.
Antik hamamların məxsus olduğu The Aire Group şirkətinin 15 il öncə Sevillada əsası qoyulub. Şirkət qədim Yunan-Roma hamam mədəniyyətinin gücünü geri gətirməyi və yenidənbərpa edilmiş tarixi memarlıq nümunələrində bu konsepti canlandırmağı qərəra almış bir neçə sərmayəçi dostun xəyallarının nəticəsidir.

TriBeKanın yan küçələrindən birində yerləşən Aire Antik Hamamları da qədim romalıların hamam rituallarına uyğun formada fəaliyyət göstərən qədim dövrlərin oazisidir. Qeyri-adi mağara bənzərli atmosfer bədəni və ruhu rahatlandırmaq üçün temperatur kontrastına əsaslanan qədim ənənələrə uyğunlaşdırılıb və tamamilə özünəməxsus su spasıdır.
Mərkəzin 16 000 kdavrat metrlik sahəsinə həm isti, həm buzla dolu dörd hovuz, bir ədəd duzlu su hamamı və qabarcıqlı vanna daxildir. Əsl rahatlama mərkəzi olan hamamın daş və mərmər çevrəsi, Mərakeş üslublu fənərləri, şüşə divarlı masaj otaqları və taxta döşəmələr, möhtəşəm sütünlarlarla qarşılayan girişi onu digər bütün spa mərkəzlərindən fərqləndirir.

 

Hazırladı: Nailə İskəndərova

 



 

 

Şərhlər

Menyu