YARAT yoga festivalı təşkil edir. Yoqa döşəkçəni götür və gəl!

 

 

Əziz dostlar!

YARAT Müasir İncəsənət Məkanı Bakı Bulvarı Administrasiyası ilə birgə “YARAT Freestyle” proqramı çərçivəsində 23 iyul 2017-ci il tarixində açıq havada iri miqyaslı yoqa festivalı günü təşkil edəcək. Festivalın başlıca hədəfi sağlam həyat tərzinin populyarlaşdırmaqdır.

Festival səhər saat 10-da açıq səma altında kütləvi yoqa məşqləri ilə başlanacaq. Gün ərzində siz bir çox müxtəlif tədbirlərdə iştirak edə biləcəksiniz.

Festivalın iştirakçıları və partnyorları: Hindistanın Azərbaycandakı Səfirliyi, “Yoga Shahi” studiyası, “The Art Of Living” Beynəlxalq Fondu, “Chandramukhi” Hind rəqs studiyası və “Sevimli bala” Uşaq təşkilatıdır.

Texniki dəstək: Şirin Su, Qrafika.

Sizi nələr gözləyir: Xəzər dənizi sahilində yaşıl qazon üzərində, peşəkar müəllimlər ilə birgə yoqa məşqləri, uşaqlar üçün ustad dərsləri, musiqiçilərin çıxışları, alovlu şou, FLY yoqa, sağlam qida və əla əhval-ruhiyyə!

Festivalın proqramı:
10:00 – 10:40 – yaşıl qazonda yoqa
11:00 – 19:00 – 6 yaşdan yuxarı uşaqlar üçün meditasiya təcrübələri, əyləncə və ustad dərsləri, vegeterian yeməkləri guşəsi, FLY yoqa, DJ-lərin çıxışı
13:00 –15:00 – vegetarian mətbəxi
19:00 – 22:00 – musiqili çıxışlar və alovlu şou

 

Qeyd edək ki, iştirak hamı üçün sərbəstdir.

Tarix: 23 iyul
Vaxt: 10:00 – 22:00
Məkan: Bayıl qəs., Yeni bulvar, Su İdman Sarayının yaxınlığı

* yoqa döşəkçələrinin məhdud sayını nəzərə alaraq, xahiş edirik, özünüzlə döşəkçələr gətirəsiniz.

Şərhlər

Menyu