Kreativ qablaşdırmalı Urban Decay kosmetikası Jan Mişel Baskiyaya həsr olundu.

 

 

On beş ildən artıqdır ki, fəaliyyət göstərən və məşhur simalarla əməkdaşlıq edən Urban Decay Cosmetics Yay-2017 kolleksiyasını Amerikalı rəssam Jan Mişel Baskiya xatirəsinə həsr etmişdir.

Jan Mişel Baskiya 1960-cı ildə Nyu-York şəhərində anadan olmuş və 1988-ci ildə dünyasını dəyişmiş, müasir incəsənətin ən parlaq nümayəndələrindən biridir. Dünyanın ilk uğurlu və tanınmış qaradərili rəssamlarından olan Jan Mişel  70-ci illərdə street-art və qraffiti ilə öz fəaliyyətinə başlamış, sonralar özünü neoimpressionizmdə kəşf etmiş və bu istiqamətin ən uğurlu nümayəndəsi olmuşdur. Onu hətta “qara Pikasso” adlandırırdılar.

 


 

“Urban Decay x Jean-Michel Basquiat” kolleksiyasının yaradıcıları rəssamın parlaq və rəngarəng işlərini əks etməyə çalışıblar. Kolleksiyaya Studio, 1960, Neo, LES, Graffiti, Exu, Boom və Untitled adlı çalarlara sahib “Tenant Eyeshadow Palette”  “Enigma”Levitation, Not for Sale, Suckerpunch, Influence, BK, Pseudonym və Crown adlı daha sakit və neytral çalarlara sahib olan “Gold Griot Eyeshadow Palette” göz kölgələri daxildir. Bundan əlavə, X-Rated, Now’s The Time, Noho və Jawbone çalarları olan “Gallery Blush Palette” ənlik paleti, Exhibition (comfort Matte), Epigram (cream), Abstract (cream) çalarlı “Vice Lipstick” dodaq boyaları, Vivid, Post Punk, Anatomy çalarlı “24/7 Glide-On Eye Pencil” göz üçün qələmlər və “Gallery Cosmetic Bag”, “1983 Cosmetic Bag” və “Untitled Cosmetic Bag” adlı kosmetika üçün çantalar da kolleksiyaya daxildir.

Məhsulların adlarında Jan Mişel Baskiya yaradıcılığı və həyat mərhələlərinə dair istinadlar var. Odur ki, olduqca şən, rəngarəng, çılğın, kreativ qablaşdırmaya, canlı və möhtəşəm çalarlara sahib olan bir kolleksiya yaranmışdır.

Urban Decay x Jean-Michel Basquiat məhdud kolleksiyası 17 USD-165 USD aralığında dəyişən qiymətlərlə artıq satışdadır.

 
 

Hazırladı: Şəbnəm Mikailova

 
 





 
 

Şərhlər

Menyu