Selena “COACH”-un reklam siması oldu. Avtomobil səyahəti konseptli kampaniya.

 

 

Karyerasına Disneydə başlayıb, daha sonra musiqi fəaliyyəti ilə milyonlara özünü sevdirən Selena Qomez ötən il qısa bir ara vermək istədiyini açıqlamışdı. Bir müddət sonra isə müğənni öz sosial şəbəkədəki profilindən amerikalı aksessuar brendi “COACH”-ın yeni üzü olaraq qarşımıza çıxacağı xəbərini sevənlərinə çatdırdı.

Lakin bu əməkdaşlıq sadəcə çəkiliş və kampaniyalardan ibarət bəsit bir müqavilə deyil. Hal-hazırda ingiltərəli dizayner və kreativ direktor Stuart Veverslə ortaq dizayn layihəsində çalışan müğənni eyni zamanda brendin gənc xanımlara dəstək olan Step Up quruluşu vasitəsilə xeyriyyə işlərində də iştirak edir.

 


 

Avtomobil səyahəti konseptli Payız – 2017 kampaniyasında Selenanı Stiven Mayselin obyektivindən “1976 plymouth fury”-nin arxa oturacağında görürük. Fotoşəkillər Qomezi nostaljik ab-havaya bürüyən çiçəkli libaslar üzərində fokuslayıb. Klassik avtomobil isə burada səyahət və azadlıq duyğusunu simvolikləşdirir. Selenanın bir macəra ardınca Nyu Yorku tərk etməsi fikri kimi.

“Modayla əlaqədar sevdiyim məqamlardan biri də hər zaman hərəkətli və dəyişkən olmasıdır. Yeni nəsli müşahidə etmək və onların maraqlarını, siyasətlərini, önəm verdiklərini  izləmək vacibdir. Bu çox həyati və mühim məsələdir, çünki, bu gələcəkdir və moda hər zaman gələcəyə baxır.” – Stuart Vevers

 

Hazırladı: Nailə İskəndərova

 



  


 
 

Şərhlər

Menyu