Rihanna və Manolo Blahnik əməkdaşlığı. Kolleksiya daş-qaşları ayaqlara düzdü.

 

 

Rihanna və Manolo Blahnik əməkdaşlığı nəticəsində hazırlanmış, daş-qaşların, Swarovski kristalların əhatəsindəki “So Stoned” kolleksiyasında 4 fərqli səndəl və çəkənəklərdən ibarət ayaqqabı modeli yer alıb.

Manolo Blahnik adı “Sex and The City” serialından sonra böyük kütlələrə yayılmışdı. Serialın baş qəhramanlarından Keri Bredşou hər bölümdə bir Blahnik ayaqqabısı satın alır və bu brendin ayaqqabı modellərinə olan eşqini daima dilə gətirirdi.
Daha sonralar isə ayaqqabı dizaynının dahi siması Manolo Blahnik dünyaca məşhur ulduz Rihanna ilə əməkdaşlığı vasitəsilə gündəmə gəldi. Ortaq işbirliyi sayəsində 2016-cı ildə “Denim Desserts” “Savage” adlı kapsul kolleksiyaları moda dünyasına təqdim edildi.

 


 

Blahnik ayaqqabılarına qarşı hər zaman böyük heyranlıq duyduğunu bildirən Rihanna onun üslubuna xas zamansız və lüks dizaynlar ilə yenidən qarşımıza çıxıb. Üç komponentdən ibarət ləl-cəvahirat sandığını tamamlayan So Stoned” kolleksiyası ötən il ərsəyə gəlmiş kolleksiyaları izləyir. Rihanna Blahnik haqda deyir: “Qadınlar onun ayaqqabılarını geyindiyi zaman möhtəşəm hiss edirlər. Onunla birlikdə işləmək mənim üçün bir röyanın gerçəkləşməsi kimi  idi.”

Rihanna eyni zamanda, kolleksiyadakı qladiator tərzindəki səndəlindən “Wild Thoughts” adlı video klipinin çəkilişlərində istifadə edib. İşıltılı dünyanı xanımların ayaqlarına gətirən kolleksiya iyul ayında satışa çıxarılıb.

 
 

Hazırladı: Nailə İskəndərova

 
 



 
 

Şərhlər

Menyu