#FollowMe. Murad və Natalya ən uğurlu “Travel Blogger” siyahısında!

 

 

Müasir dövrdə fotoqraflar həyatımızın önəmli bir hissəsinə çevrilib. Bir çoxlarımız ən özəl günlərimizi onlarla bölüşür və bənzərsiz kadrlarla xatirlərimizi fotoşəkillərə həkk edirik. Bildiyiniz kimi, bir neçə ildir dünyanın gündəmində olan “follow me” haştaqlı fotoşəkillər fotoqraf Murad Osmana məxsusdur. Məşhur fotoqraf 1985-ci ildə Dağıstanda dünyaya göz açmışdır. 1990-ci ildən isə artıq o, Moskvada yaşamağa qərar alır. Fotoqrafiyaya olan sevgisindən və sənətini daha da təkmilləşdirmək üçün Avropada təhsilini davam etdirir.

Hər şey 2011-ci ildə sevgilisi Natalya Zaxarova ilə birlikdə Barselonada “follow me” adı altında çəkdirdiyi fotoşəkil ilə başladı. “Məni təqib et” adlı layihə ilə dünyanı gəzən cütlük, qeyri-adi və diqqət çəkən mənzərələrin qarşısında əl-ələ çəkdikləri şəkilləri sosial şəbəkədə paylaşırlar. 2014-cü ildə isə Murad, Natalyaya evlilik təklif edir və “she said yes” başlığı ilə həmin anı İnstaqramda paylaşır. Bu fotoşəkil və başlıq da daha sonralar olduqca böyük kütlələrə yayıldı.

 


 

Eqzotik və estetik zəngin mənzərələr və bənzərsiz memarlıq abidələrinin qarşısında həyata keçirilən layihənin diqqət çəkməməsi sözsüz ki, qeyri-adı hal olardı. Sosial mediada uzun müddət gündəmdə olan bu ikili dünyanın ən gözəl və prestijli yerlərini gəzməyə davam edir. Yaradıcı fotoqraf bir çox şəhərlərə dəvətlər alır, eyni zamanda məşhur jurnalların üz qabığında çəkilir.
Dünyaca məşhur Forbes jurnalı tərəfindən 2017-ci ildə rusiyalı bloqerlər Murad OsmanNatalya Zaxarova ən uğurlu “Travel Blogger” siyahısında üçüncü yerə layiq görülmüşdür.

İnstaqramda olduqca sevilən fotoqrafin/bloqerin 4.6 milyondan çox izləyicisi var. Layihələrini bir çoxlarına sevdirə bilən Murad Osman eyni zamanda GOOGLE ilə iş birliyi etmiş və onun bir reklam filmində oynamışdır. Murad və Natalya ikilisinin şəxsi zərgərlik brendi fəaliyyət göstərir və hal-hazırda səyahət sevərlər üçün xüsusi aksessuar xətti üzərində işləyirlər.

 
 

Hazırladı: Ülkər Kazımlı

 
 








 

Şərhlər

Menyu