Candy Crush mobil oyunundan ilham alan MOSCHINO yeni kolleksiyası ilə qarşımızda!

 

 

5 illik tarixi olan Candy Crush Saga oyunu 2012-ci ildə bazara çıxarıldığından etibarən 1 trilyon turu keçib və sosial şəbəkələrdə 80 milyona yaxın “like”-ı var. Bütün bunlar şirkətin böyük uğurlara imza atmasına və digər sahələrdən əməkdaşlıq təklifləri almasına səbəb olmuşdur.

Modern mədəniyyət anlayışını lüks moda tendensiyalarında əks etdirə bilən MOSCHINO-nun yaradıcı direktoru Ceremi Skot sözü gedən brendin bu oyunla olan inteqrasiyası zəminində möhtəşəm bir kolleksiya hazırlayıb. Ceremi Skot bununla yanaşı GOOGLE ilə əməkdaşlığını da davam etdirir.

MOSCHINOCandy Crush əməkdaşlığı yalnız bikinilərdə deyil, həmçinin çanta, telefon üzlüyü kimi aksessuarların da ərsəyə gəlməsində özünü əks etdirmişdir. Candy Crush-ın dizayneri olan Yonna İnqolf bu əməkdaşlığı yüksək qiymətləndirir. Kapsul kolleksiya kimi dəyərləndirilən geyim xətti əsasən oyunun mövcud dizaynı formasında yaradılmış və MOSCHINO brendinin adı ilə tamamlanmışdır.

“İlk dəfədir ki, yüksək moda ilə əməkdaşlıq edirik. Bu bizim üçün böyük addımdır. Cereminin təxəyyülü də olduqca “candy”-dir.” – Yonna İnqolf

 
 

Hazırladı: Nərmin Bağırova

 
 


Şərhlər

Menyu