Dizayner Türkan Kazımova ekspressiv güllərini vintaj mebellərə həkk edir.

 

 
 

Modern interyerə fərqli yanaşması və üslubu ilə diqqət çəkən Türkan Kazımova Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında İnteryer, Azərbaycan Memarlıq və İnşaat Universitetində Memarlıq sahəsi üzrə təhsil almışdır. Türkanın maraq dairəsi əsasən vintaj və antik mebellərdən ibarətdir.

O, öz zövqünə uyğun seçdiyi mebellərin üzərini müxtəlif dizaynlı güllərlə bəzəyir və orijinal görünüşə malik ev əşyaları ortaya çıxarır.
Dizaynerin ilham qaynağı isə həyat yoldaşı Ramal Kazımovun ekspressiv “Flowers” seriyası olub. O, “Flowers” seriyasından bəhrələnərək ərsəyə gətirdiyi innovativ mebel əşyası nümunələri ilə modernizm və klassikanı interyerə eyni anda bəxş edə bilir.

 

 

Yeni ideyalar axtarışında olan və layihəsini gələcəkdə reallaşdırmağı, brendləşdirib satışını həyata keçirməyi planlayan Türkanın ən böyük dəstəkçilərindən biri həyat yoldaşı – ekspressionist rəssam Ramal Kazımovdur. Rəssam və heykəltəraş olan Ramal Kazımovun “Birləşən körpülər”, “Tullantılar”, “Ön söz” sərgilərində əl işləri sərgilənmiş, 2012-ci ilədə Aida Mahmudovanın təşəbbüsü ilə öz şəxsi sərgisi keçirilmişdir. Həmçinin, bir çox Avropa ölkəsində – Fransada, Almaniyada heykəlləri, İstanbulda “Gözüyaşlı Xocalım” sərgisində “Genocide” seriyası nümayiş olunmuşdur. O, əsərlərində daha çox insanın hisslərini, faciəsini, aqressiyasını əks edir.

 

Hazırladı: Nailə İskəndərova
 











 
 

Şərhlər

Menyu