Kann sahilində “Azərbaycan Mədəniyyəti Günləri” avqust ayına qədər davam edəcək.


 

Fransanın məşhur Kann sahilində Heydər Əliyev Fondunun təşkil etdiyi “Azərbaycan Mədəniyyəti Günləri” yenidən böyük marağa səbəb olur. Bir neçə gün öncə açılışı baş tutan tədbir dünyanın hər yerindən insanları özünə cəlb edən Kann şəhərini zəngin mədəniyyətimizlə bəzəyib. Sərgidə milli musiqilərimizin, qədim tariximizin, Azərbaycan haqqındakı həqiqətlərin dünyaya təqdimatına həsr olunmuş müxtəlif proqramlar nəzərdə tutulub.

Sərginin açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak edib.

Tədbirdə həmçinin ölkəmiz haqqında mərasim iştirakçılarına ətraflı məlumat verilib və Azərbaycanın zəngin mədəniyyəti və incəsənətinin Fransada böyük maraqla qarşılandığı vurğulanıb.

Mədəniyyət günləri çərçivəsində Azərbaycan təsviri incəsənətinin böyük nümayəndəsi olmuş Toğrul Nərimanbəyovun “Rənglər melodiyası” adlı sərgisinin açılış mərasimi keçirilib. “Gare Maritime” sərgi pavilyonunun binasında keçirilən nümayişdə rəssamın 30-dan çox əsəri qonaqlara təqdim edilir.

 

 

Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov çıxış edərək, sənətkarın yaradıcılığından ətraflı bəhs etmişdir. Sərgidə həmçinin rəssamın həyat və yaradıcılığından bəhs edən, Azərbaycanda və xarici muzeylərdə saxlanılan və şəxsi arxivindəki nadir əsərləri barədə məlumatların yer aldığı kitabın təqdimatı keçirilib.

Kinoteatr zonasında təqdim edilən və Heydər Əliyev Fondu tərəfindən onun yaradıcılığına həsr olunmuş video materiallarda rəssamın həyat və yaradıcılığı ilə daha yaxından tanış olmaq mümkündür. Bu filmlər həmçinin sənətkarın vokal ifaçısı olduğunu da diqqətə çatdırır.

Eləcə də, sərgi zalı ərazisində milli üslubda zona yaradılıb və burada ziyarətçilərə Heydər Əliyev Fondunun Azərbaycan Toğrul Nərimanbəyov haqqında nəşrləri təqdim olunur.

Qeyd edək ki, Kannda “Azərbaycan Mədəniyyəti Günləri” avqust ayının birinə qədər davam edəcək.

 
 





  

Şərhlər

Menyu