Günel Fərhadlının bloqu | “Breakfast Baku” Instagramın ən dadlı səhifəsi!


 

 Çoxları etiraf edər ki, göz oxşayan səhər yeməyi süfrəsi günə gümrah və pozitiv başlamanıza ilk təsir edən səbəblərdəndir.

Bəs, Bakıda səhər yeməyi harada yeyilər? Bu sualınıza cavab olacaq bir-birindən gözəl məkanlar artıq bir arada!
Həftənin səbrsizliklə gözlədiyimiz istirahət günlərində belə bizləri səhərin erkən saatlarında yuxudan oyanmağa vadar edən paytaxtın ən zəngin “breakfast” masalarını “breakfastbaku”  layihəsi ilə asanlıqla təqib edə bilərik.

Öz üzərimdə daim çalışmağı sevirəm, yeni eksperimentlər isə daim ağlımdadır! Çoxları məni artıq daim səhifəmdə paylaşdığım yemək, içki, şirniyyat və s. görə tanıyır. İş qrafikinin ağırlığından çoxdandır həyata keçirə bilmədiyim bu “dadlı” layihə insanlarımızıda pozitiv əhval və estetik zövq yaratmaq üçün yaradılmışdır. Bununla belə, layihənin başlıca məqsədi
şəhərimizin restoranlarındakı səhər yeməyi süfrələrini insanlara tanıtmaq və onları məhz səhər yeməklərinə cəlb etməkdir. Əlavə olaraq insanlar bu səhifədə həmçinin öz evdə hazırladıqları yemək şəkillərini də bölüşə bilərlər.

 


 

Soruşa bilərsiniz ki, bəs niyə məhz səhər yeməyi? Məhz səhər yeməyi mövzusu məni cəlb etdi, çünki mən özüm səhər yeməyi yeməmiş günümü başlamıram. Günün səhər saatlarını daha çox xoşladığıma görə, hansısa restorana gedərkən orada “breakfast” menyusu olub-olmadığı haqqında maraqlanıram. Mənim üçün səhər yeməyinin görünüşü ön plandadır, ümumiyyətlə yeməyin vizual görünüşünün böyük əhəmiyyəti var. Görünüşü gözəl olan yeməkdən iştah artıran fotoşəkil ortaya çıxarmaq daha asan olur.

Artıq qısa müddətdir ki, səhifə aktivdir və çoxlu şəhər sakinləri tərəfindən göndərilmiş şəkillər paylaşılmaqdadır. Səhifə haqda fikirlərinizi gözləyəcəyəm!
 

Günel Fərhadlı
Instagram: @fsadaaa

 










Şərhlər

Menyu