Nur Taquri ailə qurdu! Onun əsrarəngiz toy mərasimindən bəzi kadrlar.

 

 

Nur Taquri Liviya-amerikalı jurnalist, aktivist, spiker və model 2016-cı ildən bəri ABŞ-da onlayn video-xəbər saytı Newsy-də çalışır və bundan öncə jurnalist kimi CBS Radio, CTV News, Huffington Post kimi media şirkətləri ilə çalışmışdır. O, müsahibələrində heç bir tənqid və nifrət dolu mesajlara diqqət etmədiyini, ən böyük hədəfinin isə, ABŞ televiziyasında ilk hicablı aparıcı olmaq olduğunu bildirir.

“Letnoorshine” viral kampaniyası, ilham verən sosial media layihələri və stereotipləri dağıdıb, insanların öz potensialını kəşf etməsinə səbəb olan yanaşması Taqurinin cəmiyyətdə böyük səs-küy salmasına və çoxları tərəfindən sevilməsinə səbəb olmuşdur.

 


 

Uzun zamandır vloger və ən yaxın dostu Adam Kafiflə birlikdə olan, lakin münasibətini gözdən uzaqda yaşamağı seçən ünlü bu yaxınlarda əsrarəngiz bir nigah mərasimi keçirib. Miami Beach, Florida, “The Palms Hotel + Spa”-da həyata keçirilən toy mərasimində cütlüyün ən yaxın dostları və ailələri iştirak ediblər. Ecazkar tədbirin kadrları toyun möhtəşəm atmosferini, Taqurunin minimalist və göz oxşayan gəlinliyini və sözsüz ki, onun üzündəki xoşbəxtliyi əks etdirir.

 

Hazırladı: Nailə İskəndərova

 
 



 
 

Şərhlər

Menyu