Çiçəkləyən tortlar. Tome Coffee Shop şirniyyatları.


 

Quinslandda yerləşən Tome Coffee Shop-un şirniyyat məhsulları xəyallardakı cənnəti xatırladır. Alita Consonun mükəmməl istedadı nəticəsində ərsəyə gələn bu sənət nümunələri Metyu Obraynın fotoşəkilləri nəticəsində sosial şəbəkələrin çəkici profillərindən birinə çevrilib. Tome adı altında olduqca böyük kütlənin tanıdığı ləzzətli məhsullar, yüksək keyfiyyətə və ən əsası zərif əl işçiliyinə əsaslanan tortlar xəyalımızdakı toy mərasiminin bəlkə də ən cəlbedici detalıdır.

Avstraliyalı xəyalpərəstin yaratdığı tortların xüsusən də üzərlərindəki çiçək detalları gerçək çiçəklərin cazibədarlığını daha da artırır və ən az rəsm əsərləri qədər göz oxşayır.

 

Hazırladı: Nailə İskəndərova

 








Şərhlər

Menyu