Paytaxtın ən sərinlədici məkanları! Qızmar istilərdə buz kimi menyu.


 

Tarixi memarlıq nümunələri ilə zəngin, Şərq və Qərb mədəniyyətinin qovuşduğu paytaxt Bakı ötən illər ərzində turistik platformanın durmadan inkişaf etdiyi bir mərkəzə çevrilmişdir. Xüsusən son illər turizmdə görülən canlanma şəhərdə fəaliyyət göstərən kafe və restoranların, istirahət mərkəzlərinin kəmiyyət və keyfiyyətini diqqəti cəlb edəcək sayda artırıb.

Küləklər şəhərinin ən gözəl mənzərələrinə sahib, mərkəzdə yerləşən və dörd fəsil yaz təravətini hiss edə biləcəyimiz bu məkanlar standartlara uyğun xidmət və professional işçi heyəti ilə də könülləri fəth edə bilirlər. Təravətli kofe və dadlı yeməklərin, bənzərsiz dada malik buz kimi ətirli içkilərin qoxusu əhatəsində dincəlmək, dostlarınızla xoş anlarınızı paylaşa bilmək, müxtəlif yığıncaqlar təşkil edib əyləncə dolu saatlar yaşamaq onların təqdim etdikləri xidmətlərdən yalnız bir neçə alternativdir.
 

DİQQƏT!
 
Qızmar yay günlərində bir-birinə bənzəyən cansıxıcı məkanlardan qurtulmağa çalışanlar,
fərqli interyer, bənzərsiz dad və görüntüyə malik təamları ilə müştərilərini ovsunlamağı bacaran məkanları sizlər üçün seçdik!

 







“TOP KİMİ”

İlham verən dekorasiyası, modern dizayn elementləri və çoxçeşidli menyusu ilə şəhərimizdə bir çoxlarının sevimli məkanına çevrilmiş unikal kafe – TOP KİMİ müştərilərini rahat hiss etdirəcək konseptə malikdir. 2016-cı ildə fəaliyyətə başlamış kafe xüsusən dadlı burqerləri ilə tanınır. “Qara burqer” kimi şöhrət tapmış ləzzətli “Dark Side” isə burada uzun-uzun növbələrin yaranmasına səbəb olur. Eyni zamanda, səmimi və yüksək standartlı müştəri xidməti məkanın qısa zamanda etibar qazanmasına səbəb olmuşdur.

Kafenin interyerində istifadə olunmuş dekor əşyaları, maraq doğuran illüstrasiyalar, kitablarla dolu rəfləri və yenidənbərpa edilmiş daş divarlarındakı detallar məkanın dizaynının dərhal diqqət çəkməsinə gətirib çıxarır. Kafenin dadlı və qeyri-adi burqerlərindən əlavə xüsusi reseptlərlə hazırlanmış limonadları yay fəslində də buranı sevimli məkanlardan birinə çevirir. Fərqli və damaq zövqünüzə uyğun dadlardan hazırlanmış içkilər, buzlu kofe və milkşeyklər özünəməxsus dadlarla zəngin bənzərsiz məkanda xoş atmosferdən həzz almanıza səbəb olacaq.

 

TOP KİMİ-nin bu il isti yay günləri üçün müştərilərinə etdiyi yenilik isə ləzzəti ilə birlikdə görüntüsünün də marağa səbəb olduğu “Qarojna”-lardır. Qapqara dondurmalar artıq əsl yay trendinə çevrilib. Yayın ən sərinlədici deserti dondurmanın standart və cansıxıcı variyasılarından bezmiş sakinlərə TOP KİMİ-nin qapqara dondurmalarını dadmağı tövsiyyə edirik.

Ətraflı məlumat əldə etmək və rezerv üçün: 
Tel: +994 12 493 04 40; +994 55 493 04 40
Facebook: Topkimi
Instagram: @topkimibaku
 
 
 
 



 

“BOOMBALAMBUZ”

Adını eşitdiyiniz zaman belə sərinlədiyiniz bir məkan düşünün.. Fəaliyyətə başladığı gündən bu yana BoomBalamBuz-un adını yəqin ki, hər kəs bir dəfə də olsa eşidib. Atmosferi ilə Bakıda ilklərdən sayıla biləcək kafe ilin hər fəsli fəaliyyət göstərsə də, yayın qızmar istisində burada təravətlənməyin xüsusi bir həzzi var. Məkanın isti və rahat aurası ilə buz kimi içki və desertlərin harmoniyası onu yay fəslinin ən sevimli məkanına çevirir.

BoomBalamBuz-un çılğın və pozitiv görünüşə malik şeykləri artıq özünə pərəstişkar ordusu qazanıb. Həm desert, həm buz kimi içki, həm də çərəzləri bir araya gətirən əsrarəngiz şeyklərə yalnızca tamaşa etmək belə doymaq üçün yetərlidir. Məkan eyni zamanda dadlı pankeykləri, nəfis dondurmaları, braunilər və keykpopları ilə seçilir. Müxtəlif zəngin dadları bir arada və ovsunlayıcı formalarda təqdim edən məkan yayın istisində ləzzət dolu əsl cənnəti vəd edir. Banana Mama, Buzzi, Nutella Xanım, L’Oreo, Peanutella, Bubble Gum, Bakushake, Robert Brownie Jr. kimi dadların mövcud olduğu özünə xas menyu ilə artıq yay da bumbuzdur!

Unikal şeyklərin məkanında meyvələrlə bəzənmiş dondurma və pankeyklər, dadlı və faydalı meyvəli çaylar immunitet xəzinənizi vitaminlərlə zənginləşdirəcək. Kafədə əsl milli dadlar belə təklif edilir – Paxlavalı Mokka!
Əvvəllər yalnız şəhərin mərkəzində xidmət göstərən və şəhər sakinlərini buz kimi dadları ilə sərinlədən BoomBalamBuz-un yay fəsli üçün xüsusi hazırladığı sürprizlər və yenilikləri, spesifik menyusu ilə tanış olmaq üçün kafenin yenicə fəaliyyətə başlamış ikinci məkanına da baş çəkə bilərsiniz! Qeyd edək ki, növbəti məkan Əhmədli qəsəbəsində, H. Aslanov metrostansiyasının yaxınlığında yerləşir.

Ətraflı məlumat əldə etmək və rezerv üçün:
Tel: +994 12 598 37 11
Facebok: Boombalambuz
Instagram: @boombalambuz
 
 
 
 




 

“1953 KAFE”

Xoşbəxt olmaq üçün çox şey lazım deyil. Sadəcə olaraq, sevdiyiniz insanlar yanınızda, ləzzətli yeməklər qarşınızda və şən ab-hava ətrafınızda olsun! Yayın gəlişi ilə daha da canlanan paytaxtımızın rəngarəng və pozitiv atmosferə sahib məkanlarından biri 1953 Kafe qısa zamandır fəaliyyət göstərməsinə baxmayaraq artıq sakinlər arasında çox sevilir. Kafenin interyeri xüsusən gənc nəslə xitab edəcək formada dizayn edilmişdir. Rəngarəng masalar, müştərilərin marağına səbəb olan divarboyu uzanmış tablolar, al-əlvan və unikal detallar kafeni bənzərsiz edən spesifik xüsusiyyətləridir.

Olduqca rahat bir məkan olan və sakitçiliyin hökm sürdüyü kafe səhər yeməyi, lanç menyuları, müxtəlif isti və soyuq içkiləri ilə dostlarınızın əhatəsindəki yığıncaqlarınız, partilər və ya baş-başa keçirmək istədiyiniz vaxtlar üçün idealdır. İsti aylarda tətil üçün şəhərdən kənarlaşa bilməyənlərə kafenin xüsusən yay menyusu alternativ istirahət bəxş edir.

Şəhərin mərkəzində yeni ləzzətləri kəşf edə biləcəyiniz və atmosferdən zövq ala biləcəyiniz məkanın smuzi, milkşeyk və dondurma çeşidləri, yaşıllıqlarla bəzənmiş salat və əsas yeməkləri ilə yay axşamlarınız daha əyləncəli keçəcək. Kafenin yerləşdiyi ərazi də olduqca əlverişlidir. Şəhərin ən mərkəzi hissəsinə, daim hərəkətli Nizami küçəsinə baxan 1953 Kafe isti yay günlərində doğma məkan və qayğısız istirahət vəd edir.

 

Ətraflı məlumat əldə etmək və rezerv üçün:
Tel: +994 50 444 19 53;  +994 12 598 31 73
Facebook: 1953 Kafe
Instagram: @1953_kafe


 
 

Şərhlər

Menyu