Yeni nəsil sabunlar. “Seem Soap Studio” məhsulları əlin erqonomiyasına uyğunlaşdırılıb.


 

Vizual sənətkar Matilde Lehman və məhsul dizayneri Valentin Si tərəfindən 2015-ci ildə qurulmuş “Seem Soap Studio” kosmetika sahəsindəki orijinal məhsulları istehsal edir. Gündəlik rast gəldiyimiz və unudulmuş obyektlərlə çalışan yaradıcı studio dizayndan istehsalata qədər hər mərhələyə xüsusi diqqətlə yanaşır.

Sənətkarlar hər kəsin həyatında olan və istehsalı üçün yeni yanaşmalar xəyal etmədiyimiz bir ünsürə fokuslanıblar. Sabunlar bizim üçün adətən oval və ya düzbucaqlı formasında gördüyümüz, açıq rənglərdə və xoş qoxusu olan bir əşyadır. Lakin  “Seem Soap Studio” forma və rənglərin gücünü diqqətə alaraq, sabunun yeni bir yanaşmayla qavranılmasına yol açır. Efemer elementlər – zaman və manipulyasiya yolu ilə yeni bir görüntü mənimsəyən bu kiçik heykəllərin dörd fərqli kolleksiyası təqdim edilir.

Songe, Sabır, Vertige Paradoxe hər biri özündə geniş rəng paleti və digərlərindən ayıran dizayn xüsusiyyətlərini birləşdirir.
Əlin erqonomiyasına uyğunlaşdırılmış və modern dizaynın rolu ilə qrafik aspektdən inkişaf etdirilmiş sabunlar eyni zamanda təbii elementlərdən istehsal edilir.

“Kosmetik məhsul sənayesinə dizayner baxışımız və rəng seçimimizlə yeni bir şeylər gətirməyə çalışırıq. Sabunlarımız hər biri Parisdəki studiomuzda hazırlanır və tamamilə əl işidir. Təbii piqmentli xalis materiallarla ərsəyə gələn hər məhsula bilgi və həssaslıqla forma verilir. Zərərsiz və natural maddələrdən istifadə bizim üçün olduqca önəmlidir.”
 

Hazırladı: Nailə İskəndərova


 
 





 

Şərhlər

Menyu