SAT! Bu kitab satışlarınızı artıracaq.


 

Praktiki satış və marketinq təlimləri ilə tanınmış SAT Group şirkətinin nəşr etdirdiyi və müasir dövrün tələblərinə uyğun vərdişlərə yiyələndirən, satış texnikasında tərəqqiyə səbəb olan kitabı biznesdə yeni imkanlar və səmərəli metodlar vəd edir.

Olduqca rahat oxunan və faydalı məlumatlarla zəngin kitabın müəllifi İxtisasca həkim – terapevt olan Azad Qəhrəmanovdur. 
2004-cü ildən Birbaşa Satış Sistemində fəaliyyətə başlayan Azad bəy 10 il müddətində Azərbaycanın 10-a yaxın regionunda, eləcə də Gürcüstan, Ukrayna Rusiyada geniş müştəri bazası yaratmış, bu müddət ərzində 1000-dən çox satış nümayəndəsi yetişdirmişdir. Öz biznes komandası üçün özəl tədris sistemi yaradan Azad Qəhrəmanov həm də, çoxsaylı təqdimat formalarının müəllifidir.
O, 2014-cü ildə SAT Group şirkətini təsis edərək müxtəlif sferalarda fəaliyyət göstərən şirkətlərin satış komandasını hazırlamışdır. Hazırda onun rəhbərliyi altında SAT Group şirkəti satış və marketinq yönümlü təlimlər və konsultasiya xidmətləri göstərərək müxtəlif bizneslərə satışlarını artırmaqda kömək edirlər.

 


 

Kitab yeni müştərilər qazanmağa, müştərilərə daha çox, daha iri həcmli satışlar etməyə, müştərilərlə etibarlı və uzunmüddətli münasibətlər qurmağa kömək edəcək 100-dən çox satış texnikasını özündə birləşdirir. Kitabda həmçinin satış söhbətinin 5 addımı izah olunur.

Kitab hazırda satışla məşğul olanlara satışlarını qısa müddətdə artırmağı və işlərini asanlaşdırmağı vəd edir. Onlar artıq öz işlərindən daha böyük zövq alacaqlar.

 


 

Yeni başlayanlar üçün isə bu kitab əsas təlimat kitabı olaraq müəyyən edilə bilər. Kitabdan faydalanan addım-addım satış işini öyrənəcək, çətinlikləri olduğu halda öz suallarına dolğun formada cavab tapacaqlar.
Kitab həm də bütün iş adamları üçün nəzərdə tutulub. Burada təqdim edilən ünsiyyət və satış texnikaları istənilən işgüzar söhbətdə uğurlu olmağa imkan verir.
 
 

Ətraflı məlumat üçün:
Facebook: SAT Group
Instagram: satgroup_baku
+994 12 4092490
+994 77 4800108

 
 

Şərhlər

Menyu