KÜÇƏ DƏBİ: Paris Moda Həftəsi


 

Ötən həftə Paris yeni rənglər ilə parlayıb. Dünya dəb paytaxtı olan Parisdə 2-6 iyun 2017-ci il tarixlərində 2017/2018 Payız-Qış “Couture” Moda Həftəsi keçirildi. Moda həftəsi çərçivəsində PROENZA SCHOULER, ULYANA SERGEENKO, GIORGIO ARMANI PRIVE, ELIE SAAB, VALENTINO, VİKTOR&ROLF, ZUHAIR MURAD, CHANEL və digər dünya brendləri iştirak edib.

Bundan əlavə, burada ilk dəfə olaraq amerikalı dizaynerlər dueti PROENZA SCHOULER və RODARTE, Belçika brendi A.F. VANDEVORST, fransız brendi AZZARO və Hollandiyalı dizayner RONALD VAN DER KEMP kimi yeni isimlər də yer alıb.

Hər bir moda həftəsinin diqqətəlayiq məqamlarından biri sözsüz ki, küçə dəbidir. Parisə moda həftəsi çərçivəsində dizaynerlərin əl işlərini qiymətləndirmək üçün bir çox yerlərdən qonaqlar axışdı. Fotoqraflar, ənənəvi olaraq, moda nümayişlərindən əlavə Parisin küçə dəbinə də nəzər yetirib.

Qonaqlar arasında tanınmış simalar, stilist, redaktor, dəbdə olan bloqerlər və dəb səhəsinin digər nümayəndələrinə rast gəlinir. Obyektivlərə Oliviya Palermo, Tina Leunq, Kyara Ferranyi, Helena Bordon kimi trendmeykerlər dəbli lukları yansımışdır.

 


 

Paris küçələrində üslubların müxtəlifliyi göz alıcıdır – romantik, “casual”, sport-şık və ya hamısı bir arada. Buarada trendlər, rənglər, aksessuarlar – gözəllik və dəb göz qamaşdırır. Favoritlər arasına assitmetrik geyimlər, uçuşan donlar, volanlar və əlbəttə ki, denim daxil olub. Rəngarəng printlər, qısaldılmış şalvarlar, geyim üzərində eklektik printlər – bir sözlə, bu mövsüm yaradıcılıq dəbdədir.
Bir sözlə bugünün dəb qaydalarına görə, kreativ olmaq – dəbli olmaq deməkdir!

 
 

Hazırladı: Şəbnəm Mikailova

 
 












Şərhlər

Menyu