Minionlar PUMA-nın şipşirin kolleksiyasında


 

Məşhur Minions qəhrəmanlarınının 30 iyun tarixində yenidən teatrlara qayıtması ilə Puma və balaca dəcəllərin baxımlı filminin heyəti xüsusi kapsul kolleksiyası üçün komanda şəklində birləşdilər. Minions obrazları çoxmövsümlük bir ortaqlıq düşünən PUMA-nın yaradıcılar siyahısına qatılaraq yeni bir ayaqqabı, geyim və aksessuar istehsalı üçün ilham qaynağı oldu.

Puma x Minions ortaq ayaqqabı kolleksiyası iki təməl silüeti özündə birləşdirir. PUMA “Suede” və qrafik Minion printlərilə dizayn edilmiş PUMA “Disc Blaze”. Hər iki modelin döşəmə hissəsində isə yenə minion printindən istifadə edilmişdir.

 


 

İdman ayaqqabılarının təqdimatından əlavə kolleksiya balacalar üçün bir sıra geyim əşyaları və aksessuarlar da təklif etməkdədir. Oversayz sviterlər, T-shirtlər, rəngarəng çanta və papaqlar, bomber pencəklərin yeni variyasılarını da balacalar çox bəyənəcəklər.
Əyləncəli və eyni zamanda moda tendensiyaları ilə ayaqlaşan lüks dizaynların PUMA-nın sport tərzi ilə ahəngi adət etdiyimiz klassik PUMA üslubundan bir qədər kənarlaşır.

PUMA Sportstyle Reklam Direktoru Heiko Desens qeyd edir – “Minions ilə əməkdaşlığımız bizi olduqca həyəcanlandırır. Onlar yaramaz və əyləncəli təbiətləri, sevimli obrazları ilə bizə ilham qaynağı oldular.”

Üç minion – Stuart, KarlKevinin printlərinin və banan qrafiklərinin həkk olunduğu kapsul kolleksiya iyun ayının 29-dan bəri satışdadır.

 
 

Hazırladı: Ülkər Kazımlı

 
 

  



Şərhlər

Menyu